İcra başçısı səyyar görüş keçirib

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun  Biləcəri qəsəbəsi sakinləri ilə növbəti səyyar görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 155 nəfər qəsəbə  sakini iştirak edib. Rayon İcra Hakimiyyəti başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31