“Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır” çərçivəsində tədbir keçirilib
7 Avqust 2015 12:11 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi "Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır" çərçivəsində tədbir keçirilib. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayonunda baş tutan tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon bələdiyyəsinin məsul əməkdaşı, 1 nömrəli SİƏD-nin sədri Dilbər Şükürova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan "ASAN" Könüllüləri, Binəqədi rayonun fəal gəncləri iştirak ediblər. Tədbirin açılışında ulu öndər Heydər Əliyevin Azərbaycanda müasir dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edən video-rolik nümayiş etdirilib. Sonra layihə rəhbəri Rauf Həsənov layihənin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırıb. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev mühazirəçi qismində çıxış ediblər. Çıxışlardan sonra gənclərə söz verilib və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan "ASAN" Könüllüsü Fidan Alıyeva layihə haqqında təəsürratlarını bölüşüb. Sonda gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.