Binəqədidə təmizlik aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən 6-cı qrant müsabiqəsinin qalibi Natiq İsmayılovun müəllifi olduğu "Polietilensiz ay" layihəsi çərçivəsində Binəqədi rayonunda təmizlik aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsi, Xocəsən bələdiyyəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Bakı Atıcılıq Mərkəzinin yaxınlığında keçirilən aksiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rayon Gənclər və İdman İdarəsi və Xocəsən bələdiyyəsinin əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri də aktiv iştirak ediblər. Aksiya çərçivəsində ilk olaraq ərazi polietilen tullantıları və plastik qablardan təmizlənib. Təmizlik işlərindən sonra toplanılan polietilen tullantıları təkrar emala göndərilib. Sonra layihə iştirakçılarına "Ekoloji tərbiyə və onun psixoloji əsasları" mövzusunda təlim keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31