“Açıq qapı” vətəndaş forumu keçirilib
6 İyul 2015 15:04 Sosial"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" Planına əsasən Binəqədi rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. "OLAYLAR"-ın xəbərinə görə, belə tədbirlərdən biri kimi Rəsulzadə qəsəbə bələdiyyəsinin inzibati binasında növbəti "Açıq qapı" vətəndaş forumu keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə Rəsulzadə qəsəbə sakinləri iştirak ediblər. Görüşdə qəsəbə sakinlərini narahat edən problemlər dinlənilib və həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerindəcə tapşırıqlar verilib. bir qisminin həlli isə nəzarətə götürülüb. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən "Açıq qapı" vətəndaş forumlarının keçirilməsi rayonun müxtəlif ərazilərində davam etdiriləcək.