Binəqədidə narkomaniyaya qarşı mübarizə günü ilə bağlı tədbir keçirilib

Narkomaniyaya qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və rayon ictimaiyyəti iştirak edib. Rayon Mərkəzi Mədəniyyət Evində baş tutan tədbiri giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova insanların, xüsusilə gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyindən danışıb. Daha sonra çıxış edənlər gələcəyimiz olan gənclərin sağlamlığının vacibliyindən və narkotizm təhlükəsinin ağır nəticələrindən söz açıblar. Tədbir İrəvan Dövlət Dram Teatrının ifasında "Ağ ölüm" tamaşası ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31