“Qurtuluşa gedən yol” adlı tədbir keçirilib

Binəqədi rayon 11 saylı on bir illik musiqi məktəbində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə  "Qurtuluşa  gedən yol" adlı tədbir keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva,  Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, aparatın əməkdaşları, rayon mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin nümayəndələri və rayon ictimaiyyəti iştirak etdi. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü il 15 iyun tarixinin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz olduğunu qeyd edib. Natiq bildirdi ki, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Daha sonra tədbir  Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 11 saylı on bir illik musiqi məktəbi, Mərkəzi Mədəniyyət Evi, M.Maqomayev adına 26 saylı on bir illik musiqi məktəbi, F.Əmirov adına 6 saylı on bir illik incəsənət məktəbinin kollektivinin hazırladıqları proqramla davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31