"Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında "Bakı-2015 İlk Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova və s. iştirak edib. YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qarşıdan gələn mühüm tədbir - Bakı 2015 İlk Avropa Oyunları haqqında ətraflı danışaraq bu idman yarışının Azərbaycanı dünyada daha geniş tanıdacağını, ölkəmizin pozitiv imicini gücləndirəcəyini qeyd edib. Natiq gənclərin İlk Avropa oyunları ilə bağlı geniş məlumata malik olmasının, müxtəlif sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı fəal təbliğata qoşulmasının vacibliyini vurğulayıb. O partiya üzvləri olan gəncləri ölkəmizi istəməyən müxtəlif qüvvələrə qarşı mübarizədə fəal olmağa çağırıb. Çıxış edən YAP Binəqədi rayon təşkilatının əməkdaşı Əlimərdan Sultanov YAP Binəqədi rayon təşkilatının sosial şəbəkələrdə fəaliyyətindən danışıb. O, təşkilatın müxtəlif media orqanları ilə əməkdaşlığından danışıb. Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova Binəqədi rayon İcra hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, reallaşdırılan layihələr haqqında geniş məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31