“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” mövzusunda maarifləndirmə tədbir keçirilib
13 May 2015 17:58 SosialBinəqədi Rayon İcra Hakimiyyəti və "Hüquq dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonun 83, 99 və 100 saylı orta məktəblərində "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" mövzusunda maarifləndirmə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova və komissiyanın məsləhətçi-psixoloqu Nail Aslanov, "Hüquq dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev və digər şəxslər iştirak edib. Çıxışlarda "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Qanunun təbliğ olunması, yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsiziliyinin və onlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması mövzuları ətrafında müzakiələr aparılıb.