Əsgərlər üçün “Xəmsə” milli intellektual oyunu keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində əsgərlər üçün "Xəmsə" milli intellektual oyunu keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan yarışda tərkibi 5 oyunçudan ibarət olmaqla ümumilikdə 8 komanda iştirak edib. Yarışlarda "Vətən" komandası birinci yerə, "Odlar yurdu" komandası ikinci yerə, "Xilasedici" komandası isə üçüncü yerə layiq görülüblər. Qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31