Silahlı Qüvvələrin Yardım Fonduna dəstək məqsədli xeyriyyə marafonu

Binəqədi rayonu V.Əvəzov adına 300 saylı tam orta məktəbdə məktəbin şəxsi təşəbbüsi ilə Silahlı Qüvvələrin Yardım Fonduna dəstək üçün "Vətən mənə oğul desə..." adlı xeyriyyə marafonu keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, xeyriyyə marafonu gənc nəslin vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, onlarda Vətənə, dövlətə, müstəqilliyə sevgi hissinin aşılanması istiqamətində növbəti məqsədyönlü tədbirlərdən olub. Tədbir iştirakçılarına şagirdlərin iştirakı ilə hazırlanmış geniş konsert proqramı təqdim edilib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin sektor müdiri Mehriban Əsədli gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31