ASAN Könüllülərə sertifikatlar təqdim olunub
20 Aprel 2015 18:25 SosialBinəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, "Asan Xidmət Mərkəzi" İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyinin bir qrup üzvü, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırmış və gənclərdə də bu sahəyə maraq oyatmışdır, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlamışlar. Sonda ASAN könüllülərə sertifikatlar təqdim olunub.