Məktəblilər vətənpərvər ruhda böyüyür
10 Aprel 2015 16:43 SosialBinəqədi rayon Gənclər və İdman İdarəsinin 2015-ci il Tədbirlər planına uyğun olaraq Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Şahin" hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman Nazirliyi Vətərpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahverdiyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon Qadınlar Şurasının sədri Aytac Əliyeva, YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, FHN Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini Zabil Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Şahin Ağayev, ASAN könüllüləri, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak edib.
Qeyd edək ki, yarışda 32 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8 və 10-cu sinif şagirdləri (5 oğlan və 2 qız 8-ci sinif; 5 oğlan və 2 qız 10-cu sinif) iştirak edib. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 (beş) ballıq sistem üzrə qiymətləndirilir.Yekunda hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə etdiyi orta balların cəmi məlum olduqdan sonra, yarışın gedişində itirilmiş və qazanılmış balları nəzərə almaqla əldə olunan nəticə 8-ə (mərhələlərin sayına) bölünür və həmin nəticə onluq dəqiqliyi ilə hesablanaraq komandaların əldə etdiyi yekun nəticə qiymətləndirilir və yerlər müəyyənləşdirilir. Yarışın nəticəsinə görə 100 saylı tam orta məktəbin komandası I yerə, 182 saylı tam orta məktəbin komandası II yerə, 157 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir