Binəqədidə şikayət xarakterli müraciətlərin 97,4 faizinin icrası təmin edilib

2015-ci ilin mart ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) 2499 zəng cavablandırılıb. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə birbaşa cavablandırılan zənglərin sayı 2040,  yaradılan əks əlaqələrin sayı 640, günlük orta zəng sayı 87, tərtib edilən şikayət vərəqələrinin sayı 459 olub. Ümumilikdə  xidmət səviyyəsi  97,4 faiz təşkil edib. Şikayət xarakterli müraciətlərin 447-si və ya 97,4 faizinin icrası təmin edilib, o cümlədən 398-i və ya  89 faizi tam həll olunub, 14-ü və ya 3 faizi qismən həll edilib, 35-i və ya 8 faizi müvafiq izahat verilərək həllini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31