Kənd xanımları yerli tələbata uyğun peşələrə yiyələnəcək - MÖVQE
Nailə İsmayılova: “Gənc xanımların cəmiyyətə inteqrasiyasını təmin etmək niyyətindəyik”
18 Sentyabr 2012 15:07 SosialUcqar kəndlərdə yaşayan xanımlara yerli tələbata uyğun peşələrin öyrədilməsi məqsədilə maarifləndirmə işi aparılacaq. Bunu "OLAYLAR"a açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən " Kənddə yeni həyata baxış" layihəsi çərçivəsində Qəbələ və Yevlaxdan olan xanımlar bu imkanlardan yararlanacaqlar: "Layihənin əsas məqsədi müxtəlif rayonların kəndlərində yaşayan gənc xanımların arasında peşəyönümlü istiqamətdə maarfləndirmə işi aparmaq, yerli tələbata uyğun peşələrin gənc xanımlara öyrədilməsi məqsədi ilə kursların yaradılması, gənc xanımların məşğulluq probleminin həllinə kömək, kənd yerlərinində yaşayan gənc xanımların istedadlarını üzə çıxartmaq, gənc xanımların cəmiyyətə inteqrasiyasını təmin etmək, kənd yerlərində yaşayan əlil qızların da bu layihə çərçivəsində peşələrə yiyələnmələrinə yardımçı olmaqdan ibarətdir". N.İsmayılova onu da qeyd edib ki, layihədən ən əsas gözlənilən nəticə kənd yerlərində yaşayan gənc, işsiz, peşə təhsili olmayan xanımların müxtəlif peşələrə sahib olmaları, digər gözlənilən nəticə isə gənc xanımların məşğulluq probleminin həlli istiqamətində müəyyən addımın və töhvənin verilməsi olacaqdır.