Binəqədi Ağsaqqallar Şurasına yeni sədr seçildi

Xaləddin İsgəndərov: “Daim ağsaqqallara böyük ehtiyac var”

Binəqədi rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Respublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Yaqub Mehdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayonun bir qrup ziyalıları, ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Seçki konfransının gedişində İdarə Heyətinə üzv seçilib, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə İdarə Heyətinin üzvü, təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyevin namizədliyinin irəli sürülməsi təklifi ilə çıxış edib, təklif səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edib, ağsaqqala olan hörmət-ehtiramı Azərbaycan cəmiyyətinin xarakterik cəhəti olduğuna toxunaraq bunun milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. RİH başçısı çıxışında bildirib ki, cəmiyyətin bir insanı ağsaqqal kimi qəbul etməsi, onun böyüklüyünü etiraf etməsi və bu zirvəyə çatması üçün əsl insan ömrü yaşamaq, böyük ürəyə sahib olmaq lazımdır. Natiq vurğulayıb ki, bu gün də gənclərin dövlətə, xalqa sadiq, Vətənə bağlı, zərərli yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyyə olunması işində daim ağsaqqallara böyük ehtiyac vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31