Məcburi köçkün ailələrinə humanitar yardım edilib

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon bələdiyyəsi tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin başsağlığı çatdırılıb. Sakinlərin problemi dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirilib.  Xocalı soyqırımında həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd ediblər. Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Sonda Rayon İcra Hakimiyyəti və Binəqədi rayon bələdiyyəsi tərəfindən Xocalıdan olan şəhid və məcburi köçkün ailələrinə humanitar yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31