Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı keçiriləcək

Aprelin 23-27-i tarixlərində Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində Beynəlxalq Mədəniyyət, İncəsənət və Folklor Konfransı keçiriləcək. Bu barədə məlumat  "OLAYLAR"-a MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən daxil olub. Bildirilib ki, Rusiyanın Cənubi Federal Universiteti, Türkiyənin Səlcuq Universiteti  və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə folklor, mədəniyyət və incəsənət sahəsində hər üç ölkənin həyata keçirəcəyi elmi və mədəni fəaliyyətlər barədə danışılacaq.  Konfrans çərçivəsində "Türk-Rus İncəsənəti Sərgisi" də açılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31