Azərbaycanlı boksçu Sübhan Məmmədov dünya çempionatının qalibi olub
20:05 İdmanAzərbaycanın 19 yaşlı boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
İdmançı həlledici qarşılaşmada Rusiya təmsilçisi olan erməniəsilli Edmond Xudayan üzərində qələbə qazanaraq dünya çempionu adını əldə edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatını bürünc medalla başa vurublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31