Fazi: Aİ Rusiyanı "dayandırmaq" üçün maliyyə yardımı təmin edə bilməyəcək - ÖZƏL

Rusiyadan gəldiyi iddia edilən təhdidlə bağlı açıqlamalar Avropa Birliyi üzv dövlətlərinin ittifaqdan maliyyə yardımı almasına kömək etməyəcək.

Olaylar xəbər verir ki, Amerikalı jurnalist Tomas Fazi bu qənaətini X sosial şəbəkəsində bildirib. O, qeyd edib ki, irrasional rusofobiya "paranoik və müharibəyə meylli" AB ölkələrini iflasa sürükləyib.

"...İndi onlar digər ölkələrdən xərclərini ödəmələrini istəyirlər. Bağışlayın, amma bu baş verməyəcək", - deyə Fazi yazıb.

Daha əvvəl Finlandiyanın Baş naziri Petteri Orpo respublika iqtisadiyyatının pis vəziyyətini Rusiyadan gələn "təhdid"lə əlaqələndirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31