Ölkəmizdə iqtisadi artım müsbət dinamika ilə inkişaf edir - ÖZƏL

"Dövlətin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin rifah halının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi müntəzəm olaraq nəzarətdədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Bu gün Hökumətin qarşısında duran əsas hədəf, işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılmasıdır. Belə ki, 2026-cı ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yaradılması, kənd təsərrüfatı və sənaye potensialının reallaşdırılması üçün 3 mlrd 500 milyon manat vəsaitin ayrılması zəruridir. 2021-ci ilin əvvəlindən başlayan, pandemiya ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin qalıcı təsirləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr, regionda nəqliyyat-kommunikasiyaların tam açılmaması, daşıma və logistika xərclərinin yüksəlməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, ölkəmizdə iqtisadi artım müsbət dinamika ilə inkişaf edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31