Fondun və Binəqədi RİH-in birgə elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır
12 Fevral 2015 18:41 SosialFevralın 12-də Binəqədi rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilmişdir. Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmış, qaliblər mükafatlandırılmışlar. Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Madər Musayev, Rafael Cəbrayılov, rayonun müxtəlif təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər. Hesabat iclasında əvvəlcə Binəqədi rayonunun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən film nümayiş olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov toplantı iştirakçılarını salamlayaraq 2014-cü ildə rayonda həyata keçirilən layihələr, abadlıq-quruculuq işləri və əldə olunan nəticələr barədə məlumat vermişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Binəqədiyə 7 dəfə səfər etdiyini xatırladan rayon icra hakimiyyətinin başçısı bu yüksək qayğının nəticəsi olaraq rayonda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, strateji əhəmiyyətli sosial-inzibati, mədəni obyektlərin açıldığını, əhalinin sosial rifah halının yaxşılaşdığını bildirmişdir. 2014-cü ildə "Təmiz Binəqədi" layihəsinin icrasına başlanıldığını diqqətə çatdıran Xaləddin İsgəndərov bildirmişdir ki, məqsəd ilk Avropa Oyunları ərəfəsində rayonda abadlıq-quruculuq işlərini genişləndirmək, təmizliyi, səliqə-sahmanı təmin etməkdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən il rayon iqtisadiyyatının ən müxtəlif sahələrində əldə olunmuş uğurlu göstəricilərdən, həyata keçirilmiş ababdlıq-quruculuq və yenidənqurma işlərindən və 2015-ci ildə qarşıda duran vəzifələrdən söz açmışdır. Hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi şəhər bələdiyyəsinin sədri Sitarə Cabbarlı ölkədə həyata keçirilən gənclər siyasətindən danışmış, habelə Binəqədi rayonunda gənclərin özlərini təsdiqləmələri və dövlət idarəçiliyində təmsil olunmaları üçün lazımi şəraitin yaradıldığını vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında ötən il ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları diqqətə çəkmiş, Binəqədinin son illər sürətlə inkişaf edən və müasirləşən paytaxt rayonlarından biri olduğunu vurğulamışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirmişdir. O, həmçinin jurnalistləri rayonla bağlı yazılar hazırlayarkən obyektivlik prinsipini qorumağa, mövcud problemləri göstərməyə çağırmışdır. Keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edən Xaləddin Isgəndərov müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə vermişdir.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bildirmişdir ki, hesabat iclasında nümayiş olunan filmdə və məruzədə yer alan makroiqtisadi göstəricilər Binəqədi rayonun ötən il uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Vüqar Səfərli ölkə başçısının 2014-cü ildə rayona 7 dəfə səfər etməsi faktını xüsusi vurğulayaraq, bu yüksək diqqətin nəticəsi kimi Binəqədi rayonunun hesabat ilində mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırmışdır.
Çıxışını davam etdirən Fondun icraçı direktoru əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi və siyasi islahatların nəticəsi olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin sürətli inkişaf yolu keçdiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığını diqqətə çatdırmışdır. Vüqar Səfərli bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini, KİV-lərə dövlət qayğısının ardıcıl və sistemli şəkildə gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edildiyini diqqətə çatdırmışdır. Həmin Konsepsiyadan irəli gələn məsələlərin reallaşdırılması üçün ölkə başçısının 2009-cu il 3 aprel tarixdə imzaladığı fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Vüqar Səfərli daha sonra Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin maarifləndirilməsi və yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə ətraflı məlumat vermişdir. İcraçı direktor Fondun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 41 yazının daxil olduğunu diqqətə çatdırmışdır. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 19 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirmişdir. Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Binəqədi rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək yaxın perspektivdə "Təmiz Binəqədi" layihəsinə həsr olunmuş növbəti birgə müsabiqənin təşkil olunacağını diqqətə çatdırmışdır. Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir. Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
№ |
Yerlər |
Müəllifin adı |
Müəllifin işlədiyi KİV |
Orta bal |
1. |
I YER |
Bayramov Mübariz Ramiz oğlu |
"Mövqe" qəzetinin müxbiri |
22 |
2. |
II YER |
Bayramova Zümrüd Ələddin qızı |
"Səs" qəzetinin şöbə müdiri |
20 |
3. |
II YER |
Səfərova Samirə Məmmədhənifə qızı |
"Bakı-Xəbər" qəzetinin redaktoru |
20 |
4. |
III YER |
Məmmədli İlham Müseyib oğlu |
"Bütöv Azərbaycan" qəzetinin redaktoru |
19.3 |
5. |
III YER |
Əhmədov Yusup Seyid oğlu |
"Paralel" qəzetinin baş redaktorunun I müavini |
19 |
6. |
III YER |
Salahov Elxan İsa oğlu |
"Həftə-içi" qəzetinin redaktoru |
19 |
7. |
Həvəsləndirici mükafat |
Rzayev Nizam Abdulbağı |
"Lent.az" informasiya agentliyinin müxbiri |
18.6 |
8. |
Həvəsləndirici mükafat |
Miriyev Anar Barat oğlu |
"Palitra" qəzetinin müxbiri |
18.6 |
9. |
Həvəsləndirici mükafat |
Bağırov Rəşad Bağır oğlu |
"İki sahil" qəzetinin baş redaktor müavini |
18.6 |
10. |
Həvəsləndirici mükafat |
İsmayılbəyli Süleyman Nəbi oğlu |
"Olaylar" qəzetinin müxbiri |
18.3 |
11. |
Həvəsləndirici mükafat |
İbrahimov Əli Zülfüqar oğlu |
"Xalq Cəbhəsi" qəzetinin müxbiri |
18.3 |
12. |
Həvəsləndirici mükafat |
Bayramov Vaqif Binyat oğlu |
"Xalq" qəzetinin əməkdaşı |
18.3 |
13. |
Həvəsləndirici mükafat |
Abdullayev Mübariz Əhməd oğlu |
"Yeni Azərbaycan" qəzetinin müxbiri |
18.3 |
14. |
Həvəsləndirici mükafat |
Yusifov Ramiz Ənvər oğlu |
"Respublika" qəzetinin şöbə müdiri |
18.3 |
15. |
Həvəsləndirici mükafat |
Əliyev Elvin Sübhan oğlu |
"Zaman-Azərbaycan" qəzetinin müxbiri |
18.3 |
16. |
Həvəsləndirici mükafat |
Rüstəmov Elçin Məsim oğlu |
"Bizim yol" qəzetinin baş redaktorunun I müavini |
18 |
17. |
Həvəsləndirici mükafat |
Bəşirova Şahnaz Saleh qızı |
"Paralel" qəzetinin müxbiri |
17.6 |
18. |
Həvəsləndirici mükafat |
Əliyev Azad Akif oğlu |
"Həftə-içi" qəzetinin müxbiri |
17.6 |
19. |
Həvəsləndirici mükafat |
Vəliyev Fariz Əhməd oğlu |
"Mövqe" qəzetinin şöbə müdiri |
17.6 |
20. |
Həvəsləndirici mükafat |
Yusifova Dilşad Xaqani qızı |
"Təhsil problemləri" qəzetinin müxbiri |
17.6 |
21. |
Həvəsləndirici mükafat |
Ədilzadə Ədil Tahir oğlu |
"Ədalət" qəzetinin müxbiri |
17.6 |
22. |
Həvəsləndirici mükafat |
Abasov Ceyhun Abas oğlu |
"525-ci qəzet"in müxbiri |
17.3 |
23. |
Həvəsləndirici mükafat |
Cəlilova Günel İsa qızı |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
17.3 |
24. |
Həvəsləndirici mükafat |
İsgəndərov Hüseyn Şahbaz oğlu |
"Unikal" qəzetinin redaktoru |
17.3 |
25. |
Həvəsləndirici mükafat |
Abdullayev Ayyət Əhməd oğlu |
"Şərq" qəzetinin müxbiri |
17.3 |
26. |
Abbaslı Tahir Tapdıq oğlu |
"Paralel" qəzetinin şöbə müdiri |
17 |
|
27. |
Hüseynzadə Fuad Abı oğlu |
"Palitra" qəzetinin müxbiri |
17 |
|
28. |
Nəsirli Akif Sovet oğlu |
"Paralel" qəzetinin redaktoru |
17 |
|
29. |
Sultan Rüfət Nadir oğlu |
"Mövqe" qəzetinin müxbiri |
17 |
|
30. |
Namazov Elçin Sabir oğlu |
"İki sahil" qəzetinin bölmə müdiri |
16.6 |
|
31. |
Rəhimov Təbriz Kamal oğlu |
"Həftə-içi" qəzetinin redaktoru |
16.6 |
|
32. |
Hüseynova Pərvanə Rafiq qızı |
"The Business Times" qəzetinin müxbiri |
16.6 |
|
33. |
Abbaszadə Mahir Tapdıq oğlu |
"Paralel" qəzetinin müxbiri |
16.3 |
|
34. |
Kazımov Xalid Vahid oğlu |
"Üç nöqtə" qəzetinin müxbiri |
16.3 |
|
35. |
Həsənov İsgəndər Aqil oğlu |
"525-ci qəzet"in redaktoru |
16.3 |
|
36. |
Əhmədov Anar Məsub oğlu |
"Olimpiya dünyası" qəzetinin müxbiri |
16 |
|
37. |
Sarıyeva İradə Murad qızı |
"Bakı-Xəbər" qəzetinin müxbiri |
15.6 |
|
38. |
Həsənov Vaqif Cəlil oğlu |
"Bakı-Xəbər" qəzetinin redaktoru |
15.6 |
|
39. |
Osmanova Sevinc Gülməmməd qızı |
"Həftə-içi" qəzetinin müxbiri |
15.6 |
|
40. |
Hakıyeva Səadət Zifi qızı |
"Olimpiya dünyası" qəzetinin şöbə müdiri |
15.3 |
|
41. |
İsrafilov Orxan Vahid oğlu |
"İki sahil" qəzetinin bölmə müdiri |
15.3 |