Binəqədidə İctimai Şura yaradıldı

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılıb. "OLAYLAR"-ın xəbərinə görə, məşvərətçi qurum kimi yaradılan İctimai Şura ayrı-ayrı təşəbbüs qrupları tərəfindən irəli sürülən namizədlər arasından sərbəst, gizli səzvermə yolu ilə seçilib. Binəqədi Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şura üzvləri müəyyənləşdirildikdən sonra, üzvlər arasından şuraya sədr, sədrin müavini və katib müəyyən edilib. Uzun illər məsul vəzifələrdə çalışmış rayon ziyalısı Aslan Mehdiyev İctimai Şuraya sədr, Həmid Mehdiyev sədrin müavini, jurnalist Fuad Hüseynzadə isə katib seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31