“Binəqədi” qəzetinin 2 yaşı tamam oldu

Binəqədi Rayon İcra Hakimiyyətinin  "Binəqədi" qəzetinin 2 yaşı tamam olub. "OLAYLAR"-a daxil olan məlumata görə, 2013-cü ilin yanvar ayında 12 illik fasilədən sonra fəaliyyətini bərpa edən "Binəqədi" qəzetin bu günə kimi 97 nömrəsi işıq üzü görüb. Qəzet iki illik fəaliyyəti dövründə ölkəmizdə və Binəqədi rayonunda baş verən ictimai -siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb.

Qeyd edək ki, qəzetin yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. "Binəqədi" ictimai-siyasi qəzeti rayonda baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynamaqla yanaşı, ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31