20 Yanvar şəhidlərinin ailələrinə yardımlar verilib

20 Yanvar faciəsinin 25-ci ildönümü ərəfəsində paytaxtın Binəqədi rayonu ərazisində bir sıra tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata bu məqsədlə yanvarın 15-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailələri və əlillərinin evlərinə baş çəkiblər. Bu qəbildən olan insanların problemləri ilə yaxından maraqlanan rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə yardımlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31