Binəqədidə 200-dən çox əlilə hədiyyə verilib

"3 Dekabr - Beynəlxalq Əlillər günü" ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalıəlil ailələrinə baş çəkilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə  Binəqədi  Rayon  İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları  iştirak ediblər.  Görüş zamanı Binəqədi  Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olmuş  və ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. A. Əliyeva  əlil ailələrinin problemlərini dinləyib və  onlara  Binəqədi  Rayon  İcra Hakimiyyətinin hədiyyə və  yardım sovqatını təqdim edib. Ümumillikdə, bugün Binəqədi  Rayon  İcra Hakimiyyəti tərəfindən  Rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və  yardım sovqatı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31