Siyasət
Prezident İlham Əliyev "Azəravtoyol"a 2 milyon manat ayırdı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.
Səfir: “Azərbaycanda FETÖ təhlükəsinə ciddi yanaşırlar”
"Azərbaycanda FETÖ təhlükəsinə ciddi yanaşırlar. Türkiyədə bu qrupa qarşı görülən tədbirlərə Azərbaycanda mənfi yanaşma meyli yoxdur".
Mariya Zaxarova: "Suriya böhranı üzrə Ankara-Moskva danışıqları konstruktiv şəkildə aparılır"
"Rusiya Suriya məsələsi ilə əlaqədar bütün detalları Türkiyə tərəfi ilə müzakirə edir".
Politoloq: “Birlik nümayiş etdirilməlidir”- MÜNASİBƏT
“Türkiyədə baş vermiş məlum hadisələrdən əvvəl və sonra Azərbaycanda şübhəli qurumlar haqqında ölçülər götürülməyə başlanıldı. Bu proses ilk növbədə təhsil sistemində aparılsa da sonradan fərqli sahələri əhatə etdi”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir
Oklahoma Milli Qvardiyasının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi tibb üzrə mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq və təcrübələrini bölüşmək məqsədilə seminar keçirilir.
Natiq Cəfərli barədə Qərbdən gələn çağırışların məqsədi nədir?
Azərbaycan istənilən an hüquqi çərçivədə addım atıb, müxtəlif cinayətlər törətmiş bu və ya digər şəxs barədə müvafiq ölçü götürdüyü halda dərhal ona qarşı təzyiqlər işə salınır, ənənəvi “siyasi məhbus” məsələsi yenidən gündəmə gəlir. Necə ki, zaman-zaman Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, İlqar Məmmədov və digərləri ilə bağlı eyni situasiya müşahidə edildi. Hazırda isə REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı məsələdə Azərbaycan qərəzli yanaşma, beynəlxalq təzyiqlə üz-üzədir. Belə ki, vergi cinayətlərinə görə, məsuliyyətə cəlb edilən REAL Hərəkatının icra katibi Natiq Cəfərli Qərbin bəlli dairələri tərəfindən əsassız olaraq siyasi məhbus kimi xarakterizə edilib.
Rasim Musabəyov: “Bu, həmsədrlərlə razılaşdırılıb”
“Baxmayaraq ki, ABŞ həm hərbi, həm də iqtisadi cəhətdən Rusiyadan dəfələrlə güclüdür, ancaq bölgədə Rusiyanın imkanları daha genişdir”. Bunu SİA-ya açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın fəaliyyətinin daha çox nəzərə çarpmasını şərh edərkən bildirib.
Gülən-Kərimli əlaqələri nəyə hesablanıb?
Azərbaycan müxalifətinin radikal qanadının hakimiyyətə gəlmək üçün bir qayda olaraq müəyyən xarici dairələr, təşkilat və qurumların ölkədəki əlaltıları rolunu oynadığı hər kəsə bəllidir.
Qazaxıstan prezidentinin Qarabağ missiyası nə vəd edir?
Son aylar regionda ciddi anlamda diplomatik hərəkətlilik özünü büruzə verir. Rusiya-Türkiyə əlaqələrinin normallaşması, Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi, Kremlin Cənubi Qafqaz regionunda sülhyaratma missiyasının intensivləşməsi müəyyən mənada optimist düşünməyə əsas verir. Regionda sabitliyin, sülhün bərpa edilməsinin Dağlıq Qarabağ probleminin həllindən keçdiyini təkcə rəsmi Bakı deyil, artıq qonşu ölkələr də dərindən dərk edir və bunu dilə gətirirlər.
Milli Məclis sədrinin I müavini: “Konstitusiyada günün tələblərinə cavab verməyən məsələlər var”
“Hər bir cəmiyyətin həyatında dəyişiklik vacibdir. Bəzən deyirlər ki, Referendum Aktı layihəsi, Konstitusiyada ediləcək dəyişikliklər nə üçündür? Bu, ölkənin inkişafı ilə əlaqədardır. Elə məsələlər var ki, günün tələblərinə cavab vermir”.
Ermənilər atəşkəs rejiminə əməl etmir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Vаzaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Zeynal Nağdəliyev: “Prezident İlham Əliyev hər birimizə səsvermənin qanun çərçivəsində keçirilməsini tapşırıb”
“Azərbaycanı 10 il əvvəllə müqayisə etsək, görərik ki, ölkə xeyli inkişaf edib. 10-15 il əvvəl beynəlxalq təşkilatlar bizi tənqid edirdilər, suallar verirdilər. Artıq bu problemlər aradan qalxıb”.
Ermənistan ordusunda əlillərin sayı artır
Şəkidə Kiş çayı üzərində körpünün bərpasına 4 milyon manat ayırıb
Azərbaycan prezidentiİlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.














