Gülən-Kərimli əlaqələri nəyə hesablanıb?

Azərbaycan müxalifətinin radikal qanadının hakimiyyətə gəlmək üçün bir qayda olaraq müəyyən xarici dairələr, təşkilat və qurumların ölkədəki əlaltıları rolunu oynadığı hər kəsə bəllidir.

FETÖ 15 iyul sınağını hələ 2005-ci ildə Əli Kərimli vasitəsilə Azərbaycanda keçirib

Azərbaycan müxalifətinin radikal qanadının hakimiyyətə gəlmək üçün bir qayda olaraq müəyyən xarici dairələr, təşkilat və qurumların ölkədəki əlaltıları rolunu oynadığı hər kəsə bəllidir. Zaman-zaman Azərbaycan cəmiyyəti bunun əyani şahidi olub. 1993-cü ildən etibarən Azərbaycana qarşı qərəzli mövqedə olan, ölkəmizlə bağlı bir çox planlar quran şəxs və qruplarla yaxından işbirliyinə girən radikal müxalifətin, xüsusilə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin bu günlərdə daha bir gizli sövdələşməsi üzə çıxıb. Söhbət Türkiyədə hərbi çevriliş etməyə cəhd göstərən Gülən şəbəkəsi ilə AXCP-nin əlaqələrindən gedir. Belə ki, Türkiyədə iyulun 15-də həyata keçirilən dövlət çevrilişi cəhdindən sonra aparılan araşdırmalar təkcə qardaş ölkə deyil, eləcə də Azərbaycanın siyasi elitası üçün də bir sıra mətləblərin üzə çıxmasına səbəb oldu.  Beləliklə, AXCP-nin, onun rəhbəri Əli Kərimlinin terrorçu FETÖ qruplaşması ilə gizli əlaqələri üzə çıxdı. Özü də bu əlaqələr 2003-cü ildən etibarən davam edir. Məlumata görə, hələ 2003-cü ilin president seçkiləri zamanı Gülən şəbəkəsi Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək verib. Əsasən maliyyə yardımından ibarət olan bu dəstəyin qarşılığında isə AXCP rəhbərliyi qarşısında müəyyən şərtlər qoyulub. Lakin radikalların seçkilərdə məğlubiyyəti FETÖ terror təşkilatını iki il sonra alternativ yollar axtarışına vadar edib. Belə ki, car il, iyul ayının 15-də Türkiyədə baş tutan çevriliş cəhdinin sınağı məhz 2005-ci ildə Azərbaycanda həyata keçirilib. Məlumata görə, 2005-ci ildə Azərbaycanda baş tutan çevriliş cəhdinin ssenarisini də məhz Fətullah Gülən hazırlayıb.  Hazırda Birləşmiş Ştatlarda yaşayan eks-spiker Rəsul Quliyev vasitəsilə Gülənlə əlaqə yaradan radikallar, əsas etibarilə Əli Kərimli və onun yaxın ətrafına planın reallaşması üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb. Həmçinin Əli Kərimli ilə Gülən arasındakı vasitəçilikdə keçmiş iqtisadi inkişaf naziri, 2005-ci il hadisələrinin pərdəarxası iştirakçısı Fərhad Əliyev də mühüm rol oynayıb. Müxtəlif illərdə Gülən-Kərimli müttəfiqliyi Azərbaycanla bağlı mənfur planlar hazırlasa da, lakin onların reallaşmaması FETÖ-nü alternativ variantlar üzərində düşünməyə vadar edib. Belə ki, sonrakı illərdə FETÖ Azərbaycanda istəyinə nail olmaq üçün kadrlar yetişdirib, planlar qurub, potensial gülənçilərin hakimiyyət pillələrində, qanunverici orqanda yer almasına nail olub. Təbii ki, bütün bunlar, Azərbaycana qarşı hazırlanan məkrli plan ölkənin hüquq-mühafizə orqanlarına bəlli idi. Məhz bu baxımdan Azərbaycan hökuməti hələ 2005-ci ildə Gülən məktəblərinin bağlanmasına təşəbbüs göstərmiş, lakin Türkiyənin ozamankı siyasi rəhbərliyindəki  müəyyən şəxslər bu təşəbbüsə qarşı çıxmışlar.  Təsadüfi deyil ki, həm 2005, həm də 2014-cü ildə Azərbaycanda FETÖ-yə aid məktəblərin bağlanması məsələsinə də ciddi etiraz edən Əli Kərimli və tərəfdarları olub. Bu arada bir məqama da diqqət çəkmək yerinə düşər. Belə ki, Əli Kərimli və onun yaxın ətrafı hər zaman din amilindən yararlanmağa, dini radikal qruplaşmaların imkanlarından istifadə etməyə, onlara özünü təqdim etməyə meyilli olub. Bir neçə il əvvəl Milli Şura adlanan qrumun keçirdiyi etiraz aksiyası zamanı Əli Kərimli tərəfdarlarının İŞİD terror təşkilatının bayrağını dalğalandırması hər kəsə məlumdur. Həmçinin Naradaran hadisələri zamanı Əli Kərimli dövlətçilik əleyhinə çıxış edən radikal dindarların dəstəkləyicisi kimi çıxış edirdi. 15 iyul və ondan bir müddət sonra gülənçiləri müdafiə edən Əli Kərimli hazırda tam mənada ifşa olunduğunu görüb mövqe dəyişikliyi nümayiş etdirir. Belə ki, Kərimli və onun rəhbərlik etdiyi partiya özünün cəmiyyətin qınaq obyektinə çevrilməməsi üçün MHP-nin adını hallandırmağa başlayıb. Ancaq bu da göründüyü kimi Əli Kərimlinin növbəti blefidir Çünki Türkiyənin həqiqi MHP-çi- ülküçü qrupları Əli Kərimli və partiyasının zamanında Əbülfəz Elçibəyə necə xəyanət etdiyinin fərqindədir. Əbülfəz Elçibəyə xəyanət etmiş biri isə MHP üçün qəbuledilməzdir. Xüsusilə, "Ərgənəkon" əməliyyatı zamanı  AXCP-nin nəzarətindəki ənənəvi və yeni media vasitələrində Gülənə dəstək verilməsi, Azərbaycan iqtidarının ayrı-ayrı aparıcı simalarını ərgənəkonçu kimi təqdim edilməsi də  MHP-çilər tərəfindən unudulmayıb.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31