Ermənistan ordusunda əlillərin sayı artır
18 Avqust 2016 10:12 SosialSon 4 ayda Ermənistan Silahlı Qüvvələrinin 94 hərbçisi əlil statusu alıb.
report-az bildirir ki, bu haqda ölkənin Hərbi-Sosial Ekspert Agentliyi məlumat yayıb.
Agentlikdən bildirilib ki, Azərbaycanın işğal altında olan torpaqlarındakı aprel döyüşlərindən sonra Ermənistan ordusunun 14 hərbçisi əlil olub.
Məlumata görə, bu il aprelin 11-dən etibarən 94 erməni hərbçisi əlil statusu alıb, amma bu yekun göstərici deyil. Çünki əlil statusu almaq üçün müraciət etməyən hərbçilər də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31