Siyasət

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

22 Avqust 2016 12:01

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

Elmar Məmmədyarov: Terrorizmin bütün forma və təzahürlərinə qarşı birgə və qətiyyətlə mübarizə aparılması vacibdir

22 Avqust 2016 11:34

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğluna Qaziantep vilayətində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib.

Referendum üzrə təşviqat qrupunun qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə ayrılan müddət bu gün başa çatır

22 Avqust 2016 10:45

Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) üzrə  təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Prezident İlham Əliyev Qazax-Kosalar avtomobil yolunun tikintisinə 3 mln. manat ayırıb

19 Avqust 2016 18:15

Prezident İlham Əliyev Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Politoloq: “Ermənistana təzyiq olsaydı, belə abırsız formada danışa bilməzdilər”

19 Avqust 2016 17:38

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyində dəyişiklik yoxdur. Bu səbəbdən Ermənistan tərəfi də bu məsələdə çox böyük həyasızlıq nümayiş etdirir”. Bunu SİA-ya politoloq Qabil Hüseynli Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Dağlıq Qarabağa dair məlum açıqlamasını şərh edərkən bildirib. O deyib ki, Ermənistan rəsmilərinin “bir qarış torpaq vermərik”, “Qarabağ müstəqil olmalıdır” kimi şantaj xarakterli çıxışları işğalçı dövlətin nizmalanma prosesinə hazır olmadığını göstərir: “Dağlıq Qarabağ məsələsində əsas rol oynayan Rusiyadır və əgər o qəti mövqe tutsa, münaqişənin beynəlxalq hüquq normalarına, BMT-nin müvafiq qətnamələrinə uyğun həll etmək istəsə,  ermənilər nə kəradilər ki, dirəniş göstərsinlər? Onlar bütün məsləhətləri Kremldən alır və ona uyğun da hərəkət edirlər”.

Ermənistan ya yenidən müharibə variantına getməli, ya da, münaqişənin həllində konstriktivlik nümayiş etdirməlidir

19 Avqust 2016 17:35

“Dövlətimizin siyasətinin əsasında Qarabağ probleminin yaxın zamanlarda sülh və danışıqlar yoluyla ədalətli həlli olunması dayanır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov səsləndirib.

Türkiyə XİN başçısı İrana səfər edib

19 Avqust 2016 15:31

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 18-də birgünlük İrana səfərə gedib.

Əli Kərimli özünümüdafiə taktikasında

19 Avqust 2016 14:07

Türkiyədə 15 iyul hadisələrindən sonra cərəyan edən proseslər, Gülənin FETÖ şəbəkəsinin yaxın əlaqədə olduğu qurumlar, siyasi təşkilat və birliklərin adının açıqlanması Azərbaycanın siyasi cameəsinə də təsirsiz ötüşməyib.

Mövqelərimiz atəşə tutulub

19 Avqust 2016 13:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ekspert: “Ermənistan durumunu nəzərə alıb konstruktiv mövqeyə gələcək”

19 Avqust 2016 12:39

“Əgər biz uzaq və yaxın tarixə nəzərə salsaq deyə bilmərik ki, Ermənistan prezidenti Serj Sarkisyanın və ondan öncəki prezidentlərin mövqeləri çox konstruktiv səpkidə olub. Yəni biz Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyini hər zaman gözləyə bilərik. Amma biz buna baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev öz səylərini davam etdirib və ölkəmizin konstruktiv mövqeyini həmişə ortaya qoyub”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.