Siyasət

Qax rayonunda yol tikintisinə 2 milyon manat ayrılıb

22 Avqust 2016 18:26

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Elmar Məmmədyarov Türk Şurasının baş katibin qəbul edib

22 Avqust 2016 17:46

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənovu qəbul edib. SİA XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Allahverən İsmayılov “Əməkdar mühəndis” oldu

22 Avqust 2016 17:22

Azərbaycan Prezidenti İlham Əliyev Allahverən İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularına orden və medallar verilib (SİYAHI)

22 Avqust 2016 17:20

Azərbaycan Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif   edilməsi haqqında sərəncam imzalayıb.

Rauf Əbdürəhmanova general-mayor rütbəsi verilib

22 Avqust 2016 17:19

Azərbaycan Prezidenti İlham Əliyev Rauf Zakir oğlu Əbdürəhmanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun kursunda iştirak edir

22 Avqust 2016 16:52

İtaliyanın Latina şəhərində NATO-nun üzv və tərəfdaş ölkələrinin qərargah zabitləri üçün "Qüvvələrin hərəkətinin və açılmasının idarəedilməsi sistemi" (ADAMS) üzrə kurs keçirilir.

Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri keçirilir

22 Avqust 2016 16:01

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, avqustun 22-də Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimləri başlayıb.

Türkiyə, Azərbaycan və İran təhlükədə

22 Avqust 2016 14:04

Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının (AES) region üçün ciddi təhlükə mənbəyi olduğu, hər an partlamağa hazır bomba funksiyasını yerinə yetirdiyi barədə dəfələrlə müvafiq beynəlxalq qurumlar qarşısında məsələ qaldırılsa da, nədənsə bəlli dairələr bilərəkdən ekoloji fəlakətin yaxınlaşmasına şərait yaradırlar. Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti nümayəndələrinin stansiyanın bağlanması ilə bağlı təşəbbüsləri də bir qayda olaraq ciddiyə alınmır. Belə bir vəziyyət isə mövcud təhlükəni daha da artırır.

Azər Badamov: “Hər bir diplomat Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır”

22 Avqust 2016 13:35

Amerikanın səfiri Robert Sekuta ABŞ- ı Azərbaycanda təmsil edir. Hər bir diplomat beynəlxalq normalara hörmətlə yanaşmalı və çalışdığı ölkədə gizli fəaliyyətlə məşğul olmamalıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov səfir Robert Sekutanın REAL hərəkatının İdarə Heyətinin üzvləri ilə qapalı görüşünə münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, səfir Sekutanın REAL Hərəkatının İdarə Heyətinin üzvləri ilə qapalı görüş keçirməsi, Natiq Cəfərli və İlqar Məmmədovun həbslərinin müzakirə edilməsi ilə əlaqədar məlumatlar yayılır: