SOS: Amerika erası keçmişdə qaldı
22 Avqust 2016 12:59 Xarici siyasətAmerika siyasətçiləri müharibədən sonrakı dövr üçün həsrət çəkirlər və anlamırlar ki, ABŞ artıq dünya lideri olmaq vəziyyətində deyil.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın "The National Interest" nəşri yazıb.
Müəllif qeyd edir ki, Birləşmiş Ştatların II Dünya Müharibəsindən sonra hərbi-iqtisadi və siyasi sferalarda nümayiş etdirdiyi üstünlük tamamilə süni idi. Onun sözlərinə görə, bu üstünlük dünyanın xarabalığa çevrilməsi ilə bağlı idi.
"Sovet İttifaqı dağılandan sonra kommunist ideologiyasına qarşı durmaq öz əhəmiyyətini itirdi. Bununla da ABŞ-ın qlobal təsiri öz gücünü itirdi. Amerika üstünlüyünün əsası olan Vaşinqtonun liberal əxlaqlı siması milli, etnik və dini təzyiq altında dözmədi. Bütün bunlar onu göstərir ki, Amerika özünün son üstünlüyünə gəldi. ABŞ artıq heç vaxt lider rolunu özünə qaytarmayacaq", - məqalədə qeyd edilib.
Bildirilir ki, ABŞ Rusiya və Çin kimi böyük dövlətlərlə bir yerdə yaşama üsulunu tapmalıdır.