Azərbaycan Təhsil Şurasının sədri də Gülən şəbəkəsinə xidmət edir
22 Avqust 2016 14:26 SiyasətAzərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin də Fətullah Gülənə böyük rəğbəti olub. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgər facebook statusunda professorun yazılarının birində Güləni o ki var tərif etdiyini diqqətə çatdırıb: " Aşağıdakı cümlələri yazan adi bir adam deyil, Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdir. Təhsilimizin ağsaqqalı işini-gücünü atıb, ortə məktəb diplomu belə olmayan din şarlatanına mədhiyyələr yazanda, təhsilimiz dağılmasın, neyləsin! Oxuyun görün, terrrorçu başına nə mədhiyyələr yazılıb: "Beləliklə, hər zaman görülən işlərin əsla və əsla şəxsinə aid edilməməsini, əksinə ilahi bir lütfün nəticəsi olduğunu təkrar etməkdən yorulmayan dövrümüzün böyük humanisti, filosofu, ensiklopedik biliyə malik alimi, elm və ürfan aşiqi möhtərəm Fəthullah Gülən Xocaəfəndinin irəli sürdüyü yeni insan layihəsinin təcəssümünə canlı şahid olduq. Görülən işləri səbəblər baxımından ancaq və ancaq Anadolu insanının maddi və mənəvi fədakarlığının, sevgi məktəblərinə qucaq açmış digər xalqların bəslədiyi etimadın məntiqi nəticəsi olduğunu vurğulayan Xocaəfəndi qəbul etməsə də, o məfkurə insanının rolunu etiraf etmək bizim borcumuzdur".