Türkiyə, Azərbaycan və İran təhlükədə
Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının (AES) region üçün ciddi təhlükə mənbəyi olduğu, hər an partlamağa hazır bomba funksiyasını yerinə yetirdiyi barədə dəfələrlə müvafiq beynəlxalq qurumlar qarşısında məsələ qaldırılsa da, nədənsə bəlli dairələr bilərəkdən ekoloji fəlakətin yaxınlaşmasına şərait yaradırlar. Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti nümayəndələrinin stansiyanın bağlanması ilə bağlı təşəbbüsləri də bir qayda olaraq ciddiyə alınmır. Belə bir vəziyyət isə mövcud təhlükəni daha da artırır.
22 Avqust 2016 14:04 Siyasət"Metsamor" AES hər üç ölkəni ciddi təhdid edir
Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının (AES) region üçün ciddi təhlükə mənbəyi olduğu, hər an partlamağa hazır bomba funksiyasını yerinə yetirdiyi barədə dəfələrlə müvafiq beynəlxalq qurumlar qarşısında məsələ qaldırılsa da, nədənsə bəlli dairələr bilərəkdən ekoloji fəlakətin yaxınlaşmasına şərait yaradırlar. Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti nümayəndələrinin stansiyanın bağlanması ilə bağlı təşəbbüsləri də bir qayda olaraq ciddiyə alınmır. Belə bir vəziyyət isə mövcud təhlükəni daha da artırır.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının mətbuat xidmətinin rəhbəri, İqdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal deyir ki, hazırda "Metsamor" AES Türkiyə, Azərbaycan və İranı ciddi təhdid edir: "Iqdırın mərkəzindən 15 kilometr, sərhəd kəndlərdən isə 100-200 metr məsafədə yerləşən Metsomor Atom Elektrik Stansiyası partlamağa hazır olan saatlı bir bombadır. Xırda bir yeraltı təkan, zəlzələ ilə bölgə yox ola bilər". Dərnək rəhbəri bir daha diqqəti stansiyanın ətraf mühitə, insanlara vurduğu ziyana çəkərək qeyd edib ki, "Metsamor" səbəbindən hər il İqdırda, ümumilikdə isə Türkiyədə xərçəng xəstəliyinə tutulan, bu üzdən həyatını itirən insanların sayı artır: "Metsamor Atom Elektrik Stansiyası səbəbindən hər il Iqdırda, 300, digər yaxın vilayətlərdə isə 150-dən artıq şəxsə xərçəng diaqnozu qoyulur. 200 min əhalisi olan Iğdırda, xərçəng xəstəliyindən həyatını itirənlərin sayı hər ii artır. Son illərin statistikasına görə, hər il Iqdırda xərçəngdən həyatını itirənlərin sayı 300 nəfərdir. Bundan başqa hazırda İqdırdan kənarda, hətta xarici ölkələrdə xərçəngdən müalicə olunan vətəndaşlarımız da var". Sərdar Ünsal deyir ki, əgər 1990-cı illərdə Iqdırda xərçəng diaqnozu qoyulan şəxslərin sayı cəmi15-20 nəfər təşkil edirdisə, 2000-ci illərdə bu rəqəm 30-40 arasında dəyişib: "2010-2011-2012-ci illərdə isə hər il 300-ə yaxın ıqdırlının xərçəngə tutulduğu məlum olub. Ötən il isə bu göstərici hətta bir qədər də çox olub". Sərdar Ünsal iddia edir ki, İqdırda xərçəng xəstələrinin sayının artması məhz "Metsamor" Atom Elektrik Stansiyasında baş verən və gizlədilən radiasiya sızıntısı ilə bağlıdır: "Bu günlərdə vilayət rəsmilərinin açıqladığı məlumatda qeyd olunur ki, guya "Metsamor" AES-də heç bir radiasiya sızıntısı yoxdur. Bunu biz də arzu edirik ki, stansiyada radiasiya sızıntısı olmasın. Ancaq ortada olan görüntü bunun tamamilə əksini söyləyir. Bu zaman ortaya maraqlı bir sual çıxır. Əgər "Metsamor" Atom Elektrik Stansiyasında rəsmilərinin deidyi kimi radiasiya sızıntısı yoxdursa, o halda hər il İqdırda xərçəng xəstələrinin sayının artmasının başlıca səbəbi nədir? Ona görə də hesab edirəm ki, xalqdan nəyisə gizlətməyin heç bir mənası yoxdur. Rəsmi statistika, xəstəxanalarda xərçəng xəstələri barədə aparılan qeydlər xalqa açıqlanmalıdır. Həmçinin Ərzurum, Qars, Ankara və İstanbulda bu xəstəlikdən müalicə olunan iqdırlılar barədə də cəmiyyətə məlumat verilməlidir". Sərdar Ünsal "Metsamor" AES-in Araz çayı üçün də ciddi təhlükə mənbəyi olduğunu deyib. O,
bildirib ki, Ermənistanın elektrik ehtiyacının 40 faizini təmin edən stansiyanın boruları Araz çayı ilə soyudulur.
Qeyd edək ki, 1970-ci illərdə Sovetlər Birliyi dövründə primitiv texnologiyayla inşa edilən "Metsamor" Atom Elektrik Stansiyası, Iğdıra 16, Qarsın mərkəzinə 60 və Ermənistanın paytaxtı İrəvana 40 kilometr məsafədə yerləşir. Qaynağını Aras çayından alan yüngül suyla işləyən köhnə model stansiya olan "Metsamor" 1988-ci ildə Ermənistanın şimal qərbindəki Spitak rayonunda meydana gələn şiddətli zəlzələdən sonra təhlükəsizlik tədbirləri baxımından 7 illiyiə bağlanılmışdı. Ancaq 1995-ci ildən stansiya yenidən fəaliyyətə başlayıb. Amerika və Avropa Birliyi, "Metsamor"un fəaliyyətinin dayandırılıb daha etibarlı hala gətirilməsi üçün Ermənistana milyonlarla dollar yardım ayırsa da, lakin işğalçı ölkə həmin pulları başqa ehtiyacları üçün xərcləyib. Hazırda da stansiya fəaliyyət göstərməklə region üçün ciddi təhlükə mənbəyi yaradır.
Füzuli