Türkiyə XİN başçısı İrana səfər edib
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 18-də birgünlük İrana səfərə gedib.
19 Avqust 2016 15:31 SiyasətTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 18-də birgünlük İrana səfərə gedib.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, nazir Tehrandan Hindistana yola düşüb.
Məlumata görə, M.Çavuşoğlu İrandakı görüşlərində Suriya problemi başda olmaqla regional məsələləri müzakirə edib.
Xatırladaq ki, İranın "Fars" agentliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn həftə Tehrana səfər edəcəyi haqda məlumat yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31