Siyasət
MSK referendum üzrə "Yeni Azərbaycan” təşviqat qrupunu qeydiyyata alıb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydiyyata alınması məsələsinə baxılıb.
“2005-ci ildə Gülən şəbəkəsi Əli Kərimliyə, Fərhad Əliyevə və Rəsul Quliyevə gizli dəstək vermişdi...”
Xəbər verildiyi kimi Haqqin.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev AXCP sədri Əli Kərimlinin Türkiyədə terror təşkilatı kimi tanınan Fəullah Gülən camaatı-FETÖ ilə bağlantılarına dair araşdırması dərc edilmişdi. Bu məqalə geniş rezonans doğurdu, çünki indiyədək Azərbaycan müxalifətindəki fətullahçılar haqda danışan yox idi. İndi uzun müddətdir Gülən camaatının Türkiyədəki və Azərbaycandakı təhlükəli fəaliyyəti barədə yazan, “Terrorun Gülən üzü” adlı kitab yazan jurnalist Aqil Ələsgər AzVision.az saytına Əli Kərimlinin bu təriqətlə bağlılığı haqda maraqlı məqamlardan danışıb. Virtualaz.org həmin müsahibəni təqdim edir:
Türkiyə prezidenti İrana səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə İrana səfər edəcək.
Salih Yılmaz: “Torpaqların mərhələli şəkildə qaytarılacağı ehtimalı çoxdur” ŞƏRH
“Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının yaradılması Avrasiya bölgəsi baxımından olduqca önəmlidir. Bu format eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Rusiyanın qərarlı olduğunu göstərir. Bunu SİA-ya açıqlamasında Ankaradakı İldırım Bəyazit Universitetinin professoru, politoloq Salih Yılmaz deyib.
Dövlət Departamenti daxili işlərimizə müdaxilə edir ANALİTİKA
Son zamanlar ABŞ Dövət Departamentinin Azərbaycana qarşı apardığı çirkin məqsədli kampaniyalar yenidən adıçəkilən qurum haqqında müəyyən çıxarışların edilməsini zəruriləşdirməkdədir. Belə ki, ilk öncə ağıla gələn arqumetli sual budur: Əgər ABŞ özünü dünyanın demokratiya beşiyi kimi təqdim edirsə, hansı səbəbdən və hansı ixtiyarla digər dövlətlərin, xüsusilə Azərbaycanın demokratik və konstision quruluşuna, dövlətimizin qanunvericilik müddəalarına aşkar müdaxilələr edir?
BQXK-nın nümayəndələri Azərbaycana keçən erməniyə baş çəkiblər
Bu gün Beynəlxalq Qırmızı XaçKomitəsinin (BQXK) Bakı ofisinin əməkdaşları Azərbaycan sərhədini qanunsuz olaraq keçən Ermənistan vətəndaşına baş çəkiblər.
Azərbaycanın ədalətli mövqeyinə dəstək verilməlidir
Xəbər verildiyi kimi bu günlərdə qədim Türk yurdu sayılan Macarıstanda Turan Qurultayı keçirilir. Qurultayda bütün türkdilli respublikalar, topluluq və qurumlar, muxtar vilayətlərlə yanaşı Azərbaycan Respublikasından da geniştərkibli nümayəndə heyəti iştirak edib. Qurultaya qatılan Azərbaycan nümayəndə heyətinin tərkibinə dövlət rəsmiləri, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri, media nümayəndələri və sənətçilər daxildir. Bu dəfəki qurultayda ən yadda qalan hadisələrdən biri Turan Qurultayı çərçivəsində Azərbaycanla bağlı konfransın keçirilməsi olub.
Çingiz Qənizadə: "ABŞ Dövlət Departamentinin bəyanatı qərəzlidir"
"Necə olur ki, iki il bundan əvvəl Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məlumatı demirlər, ancaq beş gün bundan əvvəl həbs olunmuş adam haqqında dərhal bəyanat yayırlar". Bu fikri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib.
“Mark Toner hardan bilir ki, Natiq Cəfərli cinayət törətməyib?”
“Kimsə hardasa oturub ağzına gələni, bizə məsləhət bildiyini öz ölkəsinə rəva görsə, daha yaxşı olar. Biz Mark Tonerin bu bəyanatını yersiz və mənasız bir addım kimi qəbul edirik.
Əhali referendumun keçirilməsini dəstəkləyir
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi üçün ümumxalq səsverməsi – referendumun keçirilməsinə əhalinin münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu avqustun 5-dən 14-dək Bakının Binəqədi, Səbail və Sabunçu rayonları, Siyəzən, Şabran və Qubada səsvermə hüququna malik olan ümumilikdə 475 respondent arasında şifahi və yazılı şəkildə aparılıb. ADİİM sədri Cavid Şahverdiyevin “OLAYLAR”-a verdiyi məlumata görə, sorğuya 20-25 yaş arasında 265, 25-30 yaş arasında 66, 35-45 yaş arasında 76, 50 yaşdan yuxarı isə 68 respondent cəlb olunub.
Qazaxıstan prezidenti Azərbaycana gəlir
Ermənilər 13 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Aydın Quliyev: “Siyasi qüvvələrin fəaliyyəti tam şəffaf olmalıdır”
“Hesab edirəm ki, AXCP ilə fətullahçılar arasında əməkdaşlığa dair faktların araşdırılması xüsusi xidmət orqanlarının işidir. Heç şübhə etmirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bu məsələni araşdıracaqlar”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Rövşən Rzayev: “Beynəlxalq təşkilatlar qətiyyətli mövqedən çıxış etmir”- AÇIQLAMA
"Ümumiyyətlə kəlbəcərli girovlar – Şahbaz Qulyev və Diqəm Əsgərovun hələ də geri qaytarılmaması hər birimizi narahat edir. Biz çalışırıq ki, ədalətli bir qərar qəbul olunsun”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Prezident İlham Əliyev indoneziyalı və qabonlu həmkarlarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.














