Siyasət
Prezident İlham Əliyev indoneziyalı və qabonlu həmkarlarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
Deputat: “Bunu Ermənistana bir mesaj kimi başa düşmək olar”
“Aprelin əvvəlində təmas xəttində düşmənə verilən layiqli cavabdan sonra öz ədalətli həllini uzun müddətli tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səylər artıb. Xüsusilə bu istiqamətdə Rusiyanın aktivliyi daha çox hiss olunur”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Gülənin Azərbaycan şəbəkəsi ifşa olunur
İyulun 15-də, Türkiyədə baş verən hərbi çevriliş cəhdi Azərbaycan cəmiyyəti üçün bir qədər qaranlıq olan bəzi mətləblərə aydınlıq gətirdi. Hadisə baş verən günlərdə cərəyan edən proseslər, terrorçu şəbəkənin qeyri-qanuni hərəkətlərinə Azərbaycanın bəzi siyasiləri tərəfindən qazandırılan bəraət Gülənin Azərbaycan şəbəkəsinin kimlərdən ibarət olduğu görüntüsünü ortaya qoydu. Bəzi səriştəsiz və siyasi savadı minimum səviyyədə olan partiya və təşkilat rəhbərlərindən fərqli olaraq Azərbaycan hakimiyyəti hərbi çevriliş cəhdinin baş verdiyi ilk dəqiqələrdən Türkiyənin qanunu hakimiyyətinin yanında olduğunu, bu çevriliş cəhdini qətiyyətlə pislədiyini açıq şəkildə bəyan etdi. Lakin yuxarıda qeyd etdiyimiz bir sıra siyasilər isə ənənəsinə sadiq qalaraq Azərbaycan hakimiyyətindən fərqli, hərbi çevriliş cəhdinə bəraət qazandıran fikirlər səsləndirməyə başladılar.
YAP: İmzatoplanma kampaniyasında müxalifətçilərə təzyiq olunması ilə bağlı iddialar yanlışdır
"Bu ilin sentyabrın 26-a təyin olunan Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla bağlı təşviqat qrupu qismində iştirak etmək üçün keçirilən imzatoplanma kampaniyasında müxalifətçilərə təzyiq olunması ilə bağlı iddialar tamamilə yanlışdır".
Prezident İlham Əliyev Sərdar Eyvazova fəxri ad verdi
Prezident İlham Əliyev S.S.Eyvazova "əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Fərman Allahverdiyevə "əməkdar həkim" fəxri adı verildi
Prezident İlham Əliyev F.B.Allahverdiyevə "əməkdar həkim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş olacaq
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir.
Ceyms Uorlik: "Rusiyanın Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq"
"Rusiyanın Dağlıq Qarabağmünaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq".
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Prezident İlham Əliyev: "Azərbaycan-Belçika əlaqələri uğurla inkişaf edir"
AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 16-da Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsun etimadnaməsini qəbul edib.
Həbsdəki MTN generalları niyə intihar etmək istəyir?
Ceyms Uorlik: "Görüşlə bağlı avqust ayı üçün xüsusi plan yoxdur"
“ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər”.
Dağlıq Qarabağdakı vəziyyət BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb
“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə salınıb.














