Siyasət

MSK xarici müşahidəçilərlə bağlı açıqlama yaydı

15 Avqust 2016 16:38

“Referendumla bağlı seçkiləri müşahidə edəcək xarici nümayəndə və müşahidəçilər akkreditasiyaya  görə hələ ki, MSK-ya müraciət etməyiblər”.

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər

15 Avqust 2016 15:32

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Fikrət Sadıxov: “Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı aktivləşəcək”

15 Avqust 2016 15:17

“İlk öncə xüsusilə qeyd etmək lazımdır ki, yüksək rütbəli dövlət nümayəndəsinin səfəri əlbəttə ki, Azərbaycan-Rusiya münasibətəri kontekstində əhəmiyyət kəsb edir”. SİA xəbər verir ki, Qərb Universitetinin professoru Fikrət Sadıxovun bu fikirlərini Rusiyanın “Sever-Yuq” (Şimal-Cənub-red.) politoloji mərkəzinin rəsmi saytı “Vestnik Kafkaza”ya istinadən yayıb.

Aydın Mirzəzadə: “Ermənistan ağır vəziyyətdədir”

15 Avqust 2016 14:32

Bu gün Ermənistanda cərəyan edən hadisələrin kökü daha əvvələ gedib çıxır. Bu hadisələr Ermənistanın birinci prezidenti Levon Ter- Petrosyanın dövründən dövlətçilik siyasətinin düzgün aparılmaması ilə bağlıdır.

Prezident İlham Əliyev: "Almaniya ilə əməkdaşlığımız çox fəal mərhələdədir"

15 Avqust 2016 13:42

Məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.

Millət vəkili: “Şoyqunun təcili gəlişi ciddi mətləblərdən xəbər verir”

15 Avqust 2016 13:34

“Rusiya prezidenti Vladmir Putinin Bakıya səfərindən heç 5 gün ötməmiş Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya getdi. Zakir Həsənovun Moskvaya səfərindən cəmisi bir gün sonra isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi”. SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Politoloq: “7 rayonun qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir” AÇIQLAMA

15 Avqust 2016 13:32

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşləri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskva səfəri Avrasiya məkanında yeni düzəni formalaşdıra bilər. Əgər Rusiya və İran türk dövlətləri ilə hiyləsiz , dürüst siyasət  və münasibətlər qurmaq niyyətlərini əməldə göstərə bilsələr bölgədə qarşısı alınmaz inkişafın perespektivləri görünür”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Azərbaycana keçmiş Ermənistan vətəndaşı ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb

15 Avqust 2016 13:29

Avqustun 7-də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Deputat: “Sarkisyanın bəyanatı mövqelərini möhkəmlətməyə yönəlib”

12 Avqust 2016 16:28

“Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda birtərəfli güzəştlərdən söhbət getmir. Burada Azərbaycanın da edəcəyi güzəştlər təklif olunur. Məsələn, işğal olunmuş rayonların azad olunması əvəzində kommunikasiya xətlərinin açılması, Rusiyadan Azərbaycana keçərək Ermənistana gedən dəmir yolunun açılması - bütün bunlar Azərbaycan tərəfdən ediləcək böyük güzəştlərdir”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.

Zakir Həsənov Rusiyaya gedib

12 Avqust 2016 16:08

Avqustun 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskva şəhərinə işgüzar səfərə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, müdafiə naziri, general-polkovnik Z. Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə gedib.