Gülənin Azərbaycan şəbəkəsi ifşa olunur
İyulun 15-də, Türkiyədə baş verən hərbi çevriliş cəhdi Azərbaycan cəmiyyəti üçün bir qədər qaranlıq olan bəzi mətləblərə aydınlıq gətirdi. Hadisə baş verən günlərdə cərəyan edən proseslər, terrorçu şəbəkənin qeyri-qanuni hərəkətlərinə Azərbaycanın bəzi siyasiləri tərəfindən qazandırılan bəraət Gülənin Azərbaycan şəbəkəsinin kimlərdən ibarət olduğu görüntüsünü ortaya qoydu. Bəzi səriştəsiz və siyasi savadı minimum səviyyədə olan partiya və təşkilat rəhbərlərindən fərqli olaraq Azərbaycan hakimiyyəti hərbi çevriliş cəhdinin baş verdiyi ilk dəqiqələrdən Türkiyənin qanunu hakimiyyətinin yanında olduğunu, bu çevriliş cəhdini qətiyyətlə pislədiyini açıq şəkildə bəyan etdi. Lakin yuxarıda qeyd etdiyimiz bir sıra siyasilər isə ənənəsinə sadiq qalaraq Azərbaycan hakimiyyətindən fərqli, hərbi çevriliş cəhdinə bəraət qazandıran fikirlər səsləndirməyə başladılar.
16 Avqust 2016 17:30 SiyasətƏli Kərimlini Fətullah Gülənlə hansı tellər bağlayır?

Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini bəyan etdiyi halda, nə qədər təssüfedici də olsa Türkiyədəki qiyamçıları dəstəkləyənlər də oldu. Təbii ki, Türkiyədəki hərbi çevriliş cəhdini dəstəkləyənlər, qardaş ölkənin qanuni yolla seçilmiş prezidentinin devrilməsini arzu edən azərbaycanlı siyasilərin burada müəyyən maraqları vardı.
Bəs Azərbaycanda gülənçilərin tərəfdarları kimlərdir? 15 iyul hadisələrindən öncə, eləcə də ondan sonra cərəyan edən proseslər onu deməyə əsas verir ki, ölkəmizdə bu funksiyanı müxalifətin radikal qanadı kimi tanınan AXCP yerinə yetirməyə çalışıb. Hələ hərbi çevriliş cəhdindən bir neçə il əvvəl belə AXCP ilə fətullahçılar arasında əməkdaşlığın mövcud olması qeyri-rəsmi də olsa hər kəsə bəlli idi. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, AXCP ilə Gülən Hərəkatı arasında sıx əlaqələrin olduğu təsdiqini tapsın. Belə ki, bir vaxtlar Əli Kərimlinin ən yaxın silahdaşlarından olan jurnalist Qənimət Zahidin "Azərbaycan saatı" adlı verilişi Türkiyənin "Barış TV" kanalının tezliyindən yayımlanırdı ki, həmin telekanal da birbaşa Gülənə xidmət edən media qurumlarından idi. Təsadüfi deyil ki, qardaş ölkədə baş verən dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti "Barış TV"-ni bağladı. Eyni zamanda Fətullah Gülənin qruplaşmasının nəzarətində olan bir çox kütləvi informasiya vasitələrinin də fəaliyyətinə son qoyuldu. Hansı ki, həmin KİV-lər müntəzəm olaraq AXCP-nin keçmiş və indiki üzvlərinin tribunası rolunu oynayırdı. Bununla yanaşı Gülənə yaxınlığı ilə seçilən həmin KİV-lərdə bir qayda olaraq Azərbaycan ilə Türkiyə arasında əlaqələrə zərbə vurmağa çalışılan materiallar dərc edilirdi. Bu sıraya "Kurultay" nəşrini aid etmək olar. Sözügedən jurnalın hər nömrəsində Azərbaycan hakimiyyətinin ünvanına çirkin, əsassız materiallar dərc edilir, hətta müntəzəm olaraq dərgidə Qənimət Zahidin çevrilişə çağırışları yer alırdı. AXCP sədri Əli Kərimlinin "Kurultay" nəşrinin baş redaktoru Aydın Taşla da isti münasibətləri olub. Hətta jurnalda Əli Kərimlinin də zaman-zaman yazıları, hakimiyyəti əsassız olaraq tənqid edən materialları işıq üzü görüb. Aydın Taş bir növ "Azadlıq" qəzetinin Türkiyədəki təmsilçisi səlahiyyətlərini yerinə yetirib.
Bu arada maraqlı bir məqam da ortaya çıxıb. Belə ki, Gülən qruplaşmasının AXCP sədri Əli Kərimliyə maliyyə yardımı ayırdığı da vurğulanır.Mediada yer almış məlumatlara görə, Kərimli ilə Gülən Hərəkatının maliyyə şefi sayılan Murat Kılıclının vasitəsilə pul yardımı alıb. 2013-cü ildə NİDA-nın rəhbərlərinin həbsindən sonra bu qruplaşma AXCP-nin təsiri altına keçib. Qəribədir ki, bundan sonra qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib. Bakıdakı gülənçi şəbəkənin fəal üzvləri və AXCP tərəfdarları, xüsusən Natiq Ədilov, Qənimət Zahid, Mahmud Şərifov, Rəşid Cəfərov Vüqar Niftiyev və digərləri Gülənə dəstək olaraq təbliğatlarını davam etdirib, Türkiyədə bu şəbəkənin darmadağın edilməsini pisləyiblər. Burada başlıca məqsəd isə hakimiyyətə gəlmək olub. Belə ki, Türkiyədə hərbi çevriliş baş tutub, hakimiyyət dəyişikliyi reallaşacağı təqdirdə Azərbaycandakı Gülən tərəfdarları da (AXCP) fəallaşacaqdı. Həmçinin hərbi çevrilişdən sonra formalaşacaq yeni Türkiyə hökumətinin Azərbaycan hakimiyyətinə təzyiqləri artacaq, rəsmi Bakıya qarşı yeni cəbhə açılacaqdı. Bütün bunlar isə Azərbaycandakı gülənçilərin (AXCP-çilərin) əl-qolunun açılmasına, hakimiyyətə qarşı savaşa başlamalarına şərait yaradacaqdı. Nəticə isə ölkəmizin 50-100 il geri düşməsi, Suriya, İraq, Misir hadisələrinin Azərbaycanda təkrarlanmasına gətirib çıxaracaqdı.
Süleyman