Natiq Cəfərli barədə Qərbdən gələn çağırışların məqsədi nədir?

Azərbaycan istənilən an hüquqi çərçivədə addım atıb, müxtəlif cinayətlər törətmiş bu və ya digər şəxs barədə müvafiq ölçü götürdüyü halda dərhal ona qarşı təzyiqlər işə salınır, ənənəvi “siyasi məhbus” məsələsi yenidən gündəmə gəlir. Necə ki, zaman-zaman Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, İlqar Məmmədov və digərləri ilə bağlı eyni situasiya müşahidə edildi. Hazırda isə REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı məsələdə Azərbaycan qərəzli yanaşma, beynəlxalq təzyiqlə üz-üzədir.  Belə ki, vergi cinayətlərinə görə, məsuliyyətə cəlb edilən REAL Hərəkatının icra katibi Natiq Cəfərli Qərbin bəlli dairələri tərəfindən əsassız olaraq siyasi məhbus kimi xarakterizə edilib.

Azər Badamov: "Azərbaycana qarşı qərəzli mövqenin göstəricisidir"

Azərbaycan istənilən an hüquqi çərçivədə addım atıb, müxtəlif cinayətlər törətmiş bu və ya digər şəxs barədə müvafiq ölçü götürdüyü halda dərhal ona qarşı təzyiqlər işə salınır, ənənəvi "siyasi məhbus" məsələsi yenidən gündəmə gəlir. Necə ki, zaman-zaman Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, İlqar Məmmədov və digərləri ilə bağlı eyni situasiya müşahidə edildi. Hazırda isə REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı məsələdə Azərbaycan qərəzli yanaşma, beynəlxalq təzyiqlə üz-üzədir.  Belə ki, vergi cinayətlərinə görə, məsuliyyətə cəlb edilən REAL Hərəkatının icra katibi Natiq Cəfərli Qərbin bəlli dairələri tərəfindən əsassız olaraq siyasi məhbus kimi xarakterizə edilib. Qəribəsi və təssüfedici tərəfi odur ki, Birləşmiş Ştatların Dövlət Departamenti eyni qərəzi nümayiş etdirib. Dövlət Departamentinin sözçüsü Mark Toner hətta bir qədər də irəli gedərək Natiq Cəfərlinin azad olunması çağırışı edib.  Dövlət Departamenti kimi bir qurumun belə bir qərəz nümayiş etdirməsi və məhkəmə qərarı olmayan bir şəxsi siyasi məhbus kimi dəyərləndirməsi əslində bu qurumun obyektivliyini şübhə altına alır.  Eyni zamanda Birləşmiş Ştatlar Dövlət Departamentinin məlum çağırışı birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə deməkdir. Təsadüfi deyil ki, əksər siyasilər, ictimai təşkilatların rəhbərləri,  millət vəkilləri də bu fikirdədir.

Milli Məclisin üzvü Azər Badamov deyir ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir, öz hərəkətlərinə görə cavabdehdir: "Natiq Cəfərli də Azərbaycan vətəndaşıdır və tərəfindən törədildiyi vergi cinayətlərinə görə həbs olunmuşdur. Cinayət törətmiş bir şəxsin azad edilməsinə çağırış edən xarici dairələrə sual ünvanlamaq istəyirəm. Sizin ölkənizdə cinayət törətmiş şəxslər sərbəst buraxılır və onlara yenə öz cinayət əməllərini davam etdirmək üçün şərait yaradırlarmı? Sizin ölkənizdə cinayətkarlar cəzasız qalırmı? Təbii ki, yox. Bunu tələb edən ölkələrin özündə hər bir cinayətin cəzası artıqlanması ilə verilir. Belə olan halda Azərbaycandan bunu niyə tələb edirsiniz və Azərbaycanın daxili işlərinə niyə qarışırsınız? Cavab birdir: Azərbaycan müstəqil xarici siyasət yürüdən, siyasi sabitlik təmin olunan və iqtisadi cəhətdən daima uğurlara imzalar ataraq öz inkişaf dinamikasını qoruyub saxlayan ölkədir və bunu da müəyyən dairələr həzm edə bilmir. Ona görə də çalışırlar ki, nəyin bahasına olursa olsun Azərbaycandakı sabitlik pozulsun və ölkə günahsız insanların qətlə yetirildiyi, məhv olunmaq üzrə olan ərəb dövlətlərinin gününə düşsün. Onlar bilməlidirlər ki, Azərbaycanda bu heç vaxt baş verməyəcəkdir. Çünki, Azərbaycanda xalqla iqtidar arasında vəhdət, birlik var və Azərbaycan prezidenti cənab İlham Əliyev hər bir vətəndaşın təhlükəsizliyinin qarantıdır". Millət vəkili  Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Mark Tonerin bəyanət verərək REAL Hərəkatının icra katibi Natiq Cəfərlini siyasi məhbus kimi xarakterizə etməsinə də münasibət açıqlayıb: "Ümumiyyətlə siyasi məhbus sözünün mənası nədir? Əgər bir şəxs cinayət əməllərinə görə saxlanılıbsa və onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı məhkəmə hökümü çıxarılmayıbsa, qabaqcadan siyasi məhbus və yaxud hər hansı istiqamətdə cəzalandırılması haqqında bəyanət vermək heç bir məntiqə uygun gəlmir. Bu, Azərbaycana qarşı qərəzli mövqenin göstəricisidir. Natiq Cəfərli istintaqa verdiyi ifadələrində də qrant müqavilələrinin müvafiq icra hakimiyyətində qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini mənfəət əldə etmək məqsədilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib. Natiq Cəfərlinin Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Belə olan halda hansı məntiqlə siyasi məhbus ifadəsini işlətmək olar. Ümumiyyətlə siyasi məhbus termininin gündəmə gətirilməsində bir məqsəd var. Bu, ölkədəki siyasi sabitliyi pozmaq və inkişaf edən Azərbaycanı xaosa sürükləmək istəyidir. Çox təəsüf ki, bu istiqamətdə düşünən, iş aparan və ölkəmizin daxili işlərinə qarışmaq istəyən xarici dairələr var. Düşünürəm ki, Azərbaycan xalqı ölkəmizə belə yad ünsürlü şəxslərin ideyalarının bura ayaq açmasına heç vaxt imkan verməyəcəkdir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31