Siyasət
Mübariz Əhmədoğlu: “Üçlü format Ermənistanı ağıllandırır”
“Azərbaycan, Rusiya və İran prezidentlərinin yaratdığı üçtərəfli format nəticəsində region bütövlükdə əməkdaşlıq zonasına çevrilib. Bizə lazımdır ki, Rusiya və İranla münasibətlərdə iqtisadiyyatımız irəliləsin. Bu format Qərbin region üzrə planını pozan bir təşəbbüsdür”.
Təmas xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 7-də Göygöl rayonunun Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik xalqın istəyi ilə üst-üstə düşür
“Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiqyaslı layihələrdən irəli gəlmir. Bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq və müdafiə etmək, insanları yad mənfi meylərdən çəkindirmək zərurəti tələb edir”.
Elmar Məmmədyarov Strasburqa səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 1263-cü iclasında iştirak etmək üçün Fransaya işgüzar səfər edib.
Azərbaycanın siyasi sistemində önəmli dəyişiklik
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi məqsədilə ümumixalq səsverməəsinin keçirilməsinə saylı günlər qalıb. Daha dəqiq, sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklər ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanır.
Xarici radiostansiyaların Azərbaycan redaksiyalarının “demokratiya” imitasiyası
Yaxud “Azadlıq”, “Amerikanın səsi” radiolarının və “BBC-Azərbaycanca”nın internet resurslarının və sosial şəbəkələrdəki səhifələrinin qapıları dövlətin maraqlarını müdafiə edən şərhlərin üzünə niyə bağlanıb?
Bakıdakı 11 sentyabr mitinqinin arxasında Qərb durur - şok iddia
Bakıdakı Qərb səfirlikləri müxalifət partiyalarını Milli Şuranın 11 sentyabr mitinqinə qatılmağa təşviq edir; müxalifət funksioneri deyir ki, mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur; ekspertlər bunun Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi daşıdığını düşünürlər...
Konstitusiya dəyişiklikləri xalqın maraqlarına xidmət edir
Artıq referenduma sayılı günlər qalır. Sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklər ölkə vətəndaşları tərəfindən də təqdir edilir. Hər halda referendum ərəfəsində ölkədə keçirilən rəy sorğularının nəticələri belə deməyə əsas verir. Müxtəlif sorğu mərkəzlərinin istər paytaxt, istərsə də regionlarda keçirdikləri sorğuların nəticələrindən ortaya çıxan mənzərə ondan ibarətdir ki, cəmiyyət tərəfindən Konstitusiyaya ediləcək dəyişikliklər alqışlanır və xalq 26 sentyabr tarixində bu dəyişikliklərin xeyrinə səs verəcək. Elə ictimai və siyasi xadimlər, millət vəkilləri, ekspertlər də bu qənaətdədirlər.
Çingiz Qənizadə: “Yaş məsələsi ilə bağlı narahaçılığa heç bir əsas yoxdur”
“Ümumiyyətlə müxalifət nəsə demək və toplaşmaq üçün müxtəlif bəhanələr axtarır. Təbii ki, biz də bunu başa düşürük. Amma hesab edirəm ki, bu tutarlı və insanları maraqlandıran bir şey olmalıdır. Mən heç cür başa düşə bilmirəm ki, referendum ərəfəsində onlar mitinqə çıxıb nə söyləyəcəklər”. Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə deyib.
Papaqlarının boş qaldığı erməni hərbçilər
Ermənistandakı hərbi hissələrdə son zamanlar ölüm faktları çoxalıb və bunların da içərisində özünəqəsd halları üstünlük təşkil edir. Ölkə ictimaiyyətinin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir.
Rövşən Rzayev: “Avropa getsin Ermənistanın işğalçı siyasətinə qiymət versin”
“Ümumiyyətlə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında müxtəlif məsələlər müzakirə olunur. İnsan haqları ilə bağlı məsələdə bu sıraya daxildir. Hətta AŞPA-da Hüquq və İnsan Haqları Komitəsi də mövcuddur. Orada bu cür məsələlərə mütəmadi olaraq baxılır”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Səməd Seyidov AŞPA-nın prezidentlər komitəsinin görüşünə qatılacaq
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın prezidentlər komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq.
Ermənilər 15 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
“Azərpoçt”la pul köçürməsi həyata keçirənlərə “Bakcell”dən pulsuz dəqiqələr!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı çərçivəsində ölkənin vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə birlikdə yeni kampaniyaya start verib.
Referendumda “Exit poll” keçirmək istəyən təşkilatlar üçün son gün
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar bır sıra prosedurlar bu gün başa çatır.














