Azərbaycanın siyasi sistemində önəmli dəyişiklik

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi məqsədilə ümumixalq səsverməəsinin keçirilməsinə saylı günlər qalıb. Daha dəqiq, sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklər ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanır.

İctimaiyyət arasında referendumla bağlı böyük əhval-ruhiyyə var
 

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi məqsədilə ümumixalq səsverməəsinin keçirilməsinə saylı günlər qalıb. Daha dəqiq, sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklər ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanır. "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi vəcəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır. Bu mənada 26 sentyabrda keçiriləcək referendumun ictimaiyyət tərəfindən geniş müzakirə olunması da məhz bu zərurəti bir daha sübut edir. Məlahət İbrahimqızı qeyd edib ki, aparılan müşahidələr və sorğular göstərir ki, ictimaiyyət arasında referendumun keçirilməsi ilə bağlı böyük əhfal-ruhiyyə və fəallıq vardır: " Əlbəttə bunun da çox ciddi əsasları var. Təkcə yetər ki, son 5 ildə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etdi". Onun sözlərinə görə, referenduma təklif olunan hər bir təklif dövlətimizin gücünə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək: "Bu il biz dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Tarix üçün 25 il çox qısa zamandır. Biz qloballasma fonunda dünyada və regionda gedən proseslərə nəzər salsaq və bunları ölkəmizdə əldə olunan uğurlarla müqayisə etsək, görülən işlərin möhtəşəmliyini bir daha dərk etmiş olarıq. Sözsüz ki, bütün bu uğurlar müasir dövlətimizin qurucusu, Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətləridir. Digər tərəfdən dünyada gedən qlobal təhlükələr, etnik qarşıdurmalar, terrorizm, gündən-günə artan irqi-ayrı-seçkilik, siyasi, iqtisadi və humanitar böhranlar yaşadığımız dünyanın iqtisadi, siyasi və humanitar mühitinin mürəkkəb xəritəsi göz önündədir. Ölkəmizin 20 ildən artıq müddətdə üzləşdiyi işğalı da nəzərə alsaq, bizim regionda da durumun elə də asan olmadığının şahidi oluruq. Bu yaxınlarda Möhtərəm Prezidentimizin NATO-nun sammitindən vətənə döndükdə ilk keçirdiyi iclasda dünyada gedən proseslərin ağırlığını onun səsləndirməsi heç də təsadüfi deyildi". Millət vəkili əlavə edib ki, ölkəmizdə Konstitusiyada hakimiyyət bölgüsü aydın olaraq göstərilib. Eyni zamanda, Azərbaycan Prezident üsul-idarə sistemli respublikadır: "Bu mənada dünyanın ən güclü dövlətlərində artıq çoxdan mövcud olan 1-ci vitse-prezident və vitse-prezident institutunun təsis edilməsi təklifi dövlətimizin və dövlətçiliyimizin daha da güclənməsinə və təkmilləşdirilməsinə xidmət edecəcəkdir. Bilirsiniz, bu gün dünyada cərəyan edən qlobal təhlükələrdən qorunmaq üçün bu dəyişikliklər çox önəmlidir. Əminəm ki, təklif olunan dəyişiklərdə nəzərdə tutulan bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında çox önəmli və çox əhəmiyyətli təsirini göstərəcəkdir". Bəzi müxalifət partiyaları referendumla əlaqədar ictimai rəyi çaşdırmağa yönələn fikirlərinə gəldikdə deputat qeyd edib ki, bu gün ölkəmizdə mövcud olan müxalifət partiyalarının düşüncəsi və ya viziyonu ilə dünyaya, dünyada gedən proseslərə baxsaq, orta əsrlərə gedib cıxarıq: "Hər kəs bilir ki, bir ovucda yerləşdiriləcək qədər az olan və adlarını müxalifət adlandırmağa çalışan bu insanlar ancaq xaricdən dəstək alaraq tam anti-milli fəaliyyətlə məşğuldurlar. Xalqımız artıq çoxdan bu müxalifətə yox deyib". Onun sözlərinə görə, müasir müstəqil dövlətimizin qurulmasında və bugün əldə edilən bütün uğurlarda Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərinin olması bir gerçəklikdir: "Partiyamız demək olar ki, müstəqilliyimizlə həmyaşıddır. Ötən bu illərdə ölkəmizdə kecirilən seçkilərin və referendumların uğurla baş tutmasında məhz YAP-ın zəngin seçki təcrübəsi və yüksək peşəkarlığı müstəsna rol oynayıb. Fəxrlə deyə bilərəm ki, bu gün ümumxalq partiyası sayılan, daha doğrusu xalqımızın bütün təbəqlərinə qucaq açan YAP siyasi bir təskilat, ümumxalq hərəkatı olmaqla, eyni zamanda mükəmməl bir idarəcəlik məktəbidir". M.İbrahimqızı bildirib ki, ümumxalq müzakirəsində xalıqımız növbəti dəfə təklif olunan bu dəyişikliklərlə bağlı özünün seçimini edəcək: "Ümumiyyətlə, beynəlxalq təçrübədə də Konstitusiya dəyişiliklərinin edilməsi, referenduma çıxarılan bütün məsələlər xalqın geniş müzakirəsini tələb edir. Referenduma təklif olunan hər bir təklif və dəyişilik dovlətimizin gücünə əlavə güc qatmaqla dovlətçiliyimizə böyük töhfələr vərəcəkdir. Bu mənada Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq. Tarixin bütün dövrlərində taleyüklü problemlərlə üzləşdikdə, xalqımız müdrik qərarlara imza atmağı bacardığı kimi, bu referendumda da yenidən bir tarix yazacaqdır. Əminəm ki, 26 sentyabrda keçiriləcək referendum da müvəffəqiyyətlə nəticələnəcək, dövlətimiz, ölkəmiz, millətimiz və hər bir vətəndaşımız üçün xeyirli olacaqdır". 

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31