Konstitusiya dəyişiklikləri xalqın maraqlarına xidmət edir

Artıq referenduma sayılı günlər qalır. Sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklər ölkə vətəndaşları tərəfindən də təqdir edilir. Hər halda referendum ərəfəsində ölkədə keçirilən rəy sorğularının nəticələri belə deməyə əsas verir. Müxtəlif sorğu mərkəzlərinin istər paytaxt, istərsə də regionlarda keçirdikləri sorğuların nəticələrindən ortaya çıxan mənzərə ondan ibarətdir ki, cəmiyyət tərəfindən Konstitusiyaya ediləcək dəyişikliklər alqışlanır və xalq 26 sentyabr tarixində bu dəyişikliklərin xeyrinə səs verəcək. Elə ictimai və siyasi xadimlər, millət vəkilləri, ekspertlər də bu qənaətdədirlər.

Bu səbəbdən vətəndaşların bu dəyişikliklərin lehinə səs verəcəyi şübhə doğurmur

Artıq referenduma sayılı günlər qalır. Sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə çıxarılacaq dəyişikliklər ölkə vətəndaşları tərəfindən də təqdir edilir. Hər halda referendum ərəfəsində ölkədə keçirilən rəy sorğularının nəticələri belə deməyə əsas verir. Müxtəlif sorğu mərkəzlərinin istər paytaxt, istərsə də regionlarda keçirdikləri sorğuların nəticələrindən ortaya çıxan mənzərə ondan ibarətdir ki, cəmiyyət tərəfindən Konstitusiyaya ediləcək dəyişikliklər alqışlanır və xalq 26 sentyabr tarixində bu dəyişikliklərin xeyrinə səs verəcək. Elə ictimai və siyasi xadimlər, millət vəkilləri, ekspertlər də bu qənaətdədirlər.

Konstitusiya dəyişikliklərinin əhəmiyyətindən danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov əsasən Ana Qanuna təklif olunan 11-ci dəyişikliyə diqqət çəkib: "Azərbaycan Konstitusiyasına təklif edilən 11-ci dəyişiklik 57-ci Maddə ilə bağlıdır. Bu maddə "Müraciət etmək hüququ" adlanır. 57-ci maddə 2 hissədən ibarətdir. Referendum Aktının layihəsində təklif olunan düzəlişlərə əsasən, 57-ci maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: "Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Nəticədə Konstitusiyanın 57-ci maddəsi bu məzmunda olur. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz". Əhməd Şahidov sözügedən dəyişikliyin mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Təklif edilən dəyişiklik hərbçilərin kollektiv şikayət hüququnu məhdudlaşdırır. Belə məhdudiyyət bir çox ölkələrdə var. Niyə? Çünki əsgərlərin kollektiv şəkildə şikayəti adətən öz komandirlərindən olur. Bu, digər tərəfdən əsgərlərin öz komandirlərinə qarşı birləşməsi deməkdir. Belə hal hərbi nizam-intizamı pozmaq deməkdir. Xüsusilə də, müharibə şəraitində olan dövlətdə bu, yolverilməzdir. Komandirin əgər günahı varsa, onun cəzalandırılması üçün fərdi şikayətlər də yetərlidi. Konstitusiyaya təklif edilən 14-cü dəyişiklik isə 60-cı maddə ilə bağlıdır. Bu maddə "Hüqüq və azadlıqların məhkəmə təminatı" adlanır. 60-cı maddə 2 hissədən ibarətdir. Referendum Aktının layihəsində təklif olunan düzəlişlərə əsasən, 60-cı maddənin adında və məzmununda dəyişiklik və əlavələr edilir. Nəticədə, Konstitusiyanın 60-cı maddəsi "Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı" adlanır və 4 hissədən ibarət olur. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və

məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər". Təşkilat sədri bu dəyişikliklərin də əhəmiyyətli olduğunu söyləyib: "Azərbaycanda 2005-ci ildə "İnzibati icraat haqqında" qanun qəbul edilib. Həmin qanuna görə, vətəndaşların hüquqları təkcə məhkəmədə yox, inzibati qaydada da təmin edilir. Bu sahə daim inkişafdadır - son zamanlar apellyasiya şuralarının yaradılması da bunu təsdiqləyir. Konstitusiyanın 60-cı maddəsinə təklif edilən əlavə də dəyişiklik həmin sahədəki inkişafın Əsas Qanunda əks olunması məqsədi daşıyır"

Millət vəkili Ağalar Vəliyev deyib ki, atılan hər addımda məqsəd sözsüz ki, ölkənin hərtərəfli inkişafını təmin etmək, yeniləşdirmək, müasirləşdirmək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq etməkdir: "Konstitusiyanın 59-cu maddəsinə edilən əlavəyə görə "Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlıqlarının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir". Prezident İlham Əliyevin sahibkarlığın inkişafına yönələn son fərman və sərəncamları, həyata keçirdiyi tədbirlər iş adamları tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ən əsası cənab İlham Əliyevin sərəncamı ilə Sahibkarlar Günün təsir edilməsi bu qayğının hansı səviyyədə olduğunun göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək, daha təkmil islahatlarla qarşıya qoyulan məqsədə doğru inamla addımlamalıyıq. Əsas hədəflərdən biri də iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Görülən tədbirlərin miqyasının genişliyi, antiinhisar tədbirlərinin gücləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi də bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkşafını şərtləndirir. Hər bir sahənin inkişafına yönələn qanunların qəbulu və onların təkmilləşdirilməsi, həmçinin Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də dövlət siyasətinin ana xəttini təşkil edən hərtərəfli inkişafın prioritetliyini bir daha təsdiqləyir. Düşünürəm ki, bu dəyişikliklərin mahiyyəti daha dolğun şəkildə ictimaiyyətə çatdırılacaq, insan amilinə dəyərdən qaynaqlanan yeniliklər və təkmilləşmə yüksək səviyyədə dəstəklənəcək". Millət vəkili bildirib ki, Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan ölkədir: "Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin olunub və qanun çərçivəsində qorunur və müdafiə olunur. Hər bir dövlət əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədə ilk olaraq ictimai-siyasi duruma, sabitliyə diqqət yetirir. Sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunduğu ölkədə demokratik inkişaf inkaredilməzdir". Ağalar Vəliyev deyib ki, Konstitusiyanın 24-cü maddəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə diqqət yetirsək, insan amilinə dəyər daha qabarıq şəkildə özünü

büruzə verir: "İnsan ləyaqəti qorunur və ona hörmət edilir", həmçinin "Hüquqlardan istifadəyə yol verilmir" kimi əlavələr deyilənlərin təsdiqidir. Daha mütərəqqi dəyişiklik şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır. Hər bir əlavə və dəyişiklik obyektiv yanaşmanı və düzgün təhlil aparmağı zərurətə çevirir. Mahiyyətin düzgün dəyərləndirilməsi fonunda əhəmiyyət daha aydın görünür. Prezidentlik səlahiyyətlərinin 5 ildən 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun yaradılması, dövlət və seçkili orqanlarda yaş senzi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması kimi maddələrin Konstitusiyaya əlavə olunması vətəndaşların cəmiyyətdə, ictimai-siyasi proseslərdə daha fəal iştirakı üçün nəzərdə tutulur ki, bu kimi əlavə və dəyişikliklər birbaşa insan hüquq və azadlıqlarının qorunmasına yönəldilir". Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan daha sürətli inkişaf mərhələsindədir və bu inkişaf tempinin istənilər qanunda, Konstitusiyada əksini tapması yeniləşməyə, qanunlarımızın yeni standartlara, tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31