Səməd Seyidov AŞPA-nın prezidentlər komitəsinin görüşünə qatılacaq 

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın prezidentlər komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın prezidentlər komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq. Bu barədə Milli Məclisdən verilən məlumata görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin iştirakı ilə keçiriləcək görüşlərdə AŞPA-Rusiya münasibətlərinin gələcəyi, əməkdaşlığın hərtərəfli bərpa olunmasının mümkün yolları barədə müzakirələr aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31