Siyasət

Rəsmi Bakıdan "qara siyahı"dakı xarici KİV-lərlə bağlı- Açıqlama

7 Sentyabr 2016 11:48

Biz beynəlxalq media orqanlarının silahlı münaqişə zonası olaraq işğal olunmuş Azərbaycan ərazilərinə səfər etmək kimi peşəkar marağını başa düşürük. Amma Azərbaycanın işğal altında olan suveren ərazilərinə səfərlər ölkəmizin qanunlarının tələblərinə və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. Yəni xarici KİV nümayəndələri Xarici İşlər Nazirliyinə müraciət edərək Azərbaycan ərazisində jurnalist fəaliyyətinə icazə verən akkreditasiya kartı almalıdırlar".

Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir

7 Sentyabr 2016 11:42

Sentyabrın 30-da Roma Papası Azərbaycana gələcək. Vatikandan verilən açıqlamaya görə, Roma Papası Fransiskin Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

7 Sentyabr 2016 11:39

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub.

Azərbaycan prezidenti “DP World” şirkətlər qrupunun sədrini qəbul edib

7 Sentyabr 2016 11:29

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Çili mətbuatında

7 Sentyabr 2016 11:20

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “25-ci müstəqillik günü” ilə əlaqədar Ermənistanın təşkil etdiyi təxribat xarakterli tədbirlərə cavab olaraq sentyabrın 6-da Azərbaycanın Çilidəki diplomatik missiyasının təşəbbüs ilə bu ölkənin geniş oxucu kütləsinə malik “El Mercurio” və “La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust tarixli müvafiq bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.

Azərbaycanın Ukrayna və Argentinada səfirləri, Təbrizdə baş konsulu təyin edildi

6 Sentyabr 2016 18:49

Prezident İlham Əliyev Azər Xudayar oğlu Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Biləsuvarda binaların təmirinə 3 milyon manat ayrılıb

6 Sentyabr 2016 18:42

Azərbaycan prezidentiİlham Əliyev Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycanın Almaniya və Moldovadakı səfirləri geri çağırıldı

6 Sentyabr 2016 18:41

Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Elmira Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

6 Sentyabr 2016 18:35

Azərbaycan Prezidenti İlham Əliyev Elmira Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Müxalifət Milli Şuranın mitinqini boykot etdi

6 Sentyabr 2016 17:41

Müxalifətin radikal qanadı olan Milli Şura sentyabrın 11-də mitinq keçirməyi planlaşdırır. Referendum öncəsi ölkədə qarışıqlıq yaratmaq istəyən Milli Şuranın mitinqi Müsavat Partiyası başda olmaqla digər müxalif partiyalar tərəfindən boykot edilir.

Rusiya və Fransa Qarabağ məsələsində birgə işləməlidir

6 Sentyabr 2016 16:54

Rusiya və Fransa Dağlıq Qarabağ ətrafında münaqişə səviyyəsinin azaldılması üzrə birgə işləməlidir.

Dağlıq Qarabağda hər ötən gün savaş ehtimalı artır

6 Sentyabr 2016 15:44

“Dağlıq Qarabağdakı cinayətkar rejimin "müstəqillik"lərinin 25 iliiyini qeyd etməsi və forpostbaşı Serj Sərkisyanın da ora getməsi açıq-aydın göstərdi ki, ermənilər heç bir güzəştə getmək istəmirlər və danışıqlar yoluyla məsələnin həlli son dərəcə qəlizdir.

Abxaziya Dağlıq Qarabağda səfirlik açacaq

6 Sentyabr 2016 15:33

 Qondarma “Abxaziya Respublika”sı Xankəndində səfirlik açacaq.

Deputatlarımız Belarusda parlament seçkilərini izləyəcəklər

6 Sentyabr 2016 15:06

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və deputat Xanlar Fətiyev Belarus Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə səfərdə olacaqlar.

Referendumda "Exit-poll" keçirmək istəyən təşkilatlar məlum oldu (SİYAHI)

6 Sentyabr 2016 14:29

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda "Exit-poll" keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.