Siyasət

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistanla bağlı etiraz bəyanatı yayıb

22 Sentyabr 2016 14:15

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində növbəti hərbi təlimlərə başlaması ilə bağlı etiraz bəyanatı yayıb.

Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsinə dair ilkin rəyi barədə qeydlər

22 Sentyabr 2016 14:10

Ön söz Sənədi diqqətlə oxuduqdan sonraAvropa Şurası Venesiya Komissiyasının ilkin rəyində Azərbaycana münasibətdə yanaşmanın bitərəf olmadığını sübut edən iyirmi məqam müəyyənləşdirdim.

ATƏT və başqa Qərb institutları Azərbaycanda keçirilmiş seçkiləri hər dəfə “irəli atılan bir addım” kimi qiymətləndirdikləri halda...”

22 Sentyabr 2016 14:01

Avropadakı bəzi qurum və təşkilatlar bir daha erməni lobbisi, ona xidmət edən siyasətçilərin təsir dairəsində olduğunu təsdiqlədi. Bir qayda olaraq Azərbaycanı hədəf seçən həmin qurumlar bu dəfə də konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə əlaqədar öz qərəzli, qeyri-obyektiv mövqelərini ortaya qoydular. Söhbət Venesiya Komissiyasının bu günlərdə rəsmi saytında yerləşdirdiyi Azərbaycanla bağlı rəydən gedir. Məlum olduğu kimi Komissiya sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar öz ilkin rəyini açıqlayıb.

İlham Əliyev “İsgəndər”lərə qarşı cavab tədbirləri əmri verir

22 Sentyabr 2016 13:57

Xəbər verdiyimiz kimi dünən sentyabrın 21-də İrəvanda “İsgəndər-M” operativ-taktiki raketlərinin də nümayiş olunduğu hərbi paraddan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi xidməti müşavirəyə toplaşıb. Müdafiə Nazirliyindən yayılmış qısa rəsmi məlumatda deyilir ki,  müşavirə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında keçirilib. Müşavirədə “regionda yaranmış hərbi-siyasi vəziyyət” təhlil edilib.

Vyetnam prezidentindən Azərbaycanla bağlı ÇAĞIRIŞ

22 Sentyabr 2016 13:48

Vyetnam prezidenti Tran Day Kuanq Azərbaycanı əməkdaşlığı genişləndirməyə çağırıb. Trend bildirir ki, ölkə rəhbəri bunu Azərbaycanın həmin ölkədəki səfiri Anar İmanovla görüşdə deyib.

21 dəfə atəşkəs rejimi pozulub

22 Sentyabr 2016 13:35

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. Ermənistan respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Onlar sonra özləri Azərbaycanın ayağına gəlirlər...

22 Sentyabr 2016 13:24

"Son zamanlar bəzi beynəlxalq qurumların bəlli çevrələrin diktəsi altında Azərbaycana qarşı sifarişlər yerinə yetirdiklərini, Azərbaycanın imicinə xələl gətirən hərəkətlərə yol verdiklərini dəfələrlə görmüşük. Elə bu ərəfələrdə prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycanla dostluq qrupu təmsilçiləri ilə görüşündə söylədikləri və elə bu səfərin özü açıq şəkildə göstərdi ki, o qurumlar ki bəlli çevrələrin təsiri altında olur, gec-tez öz səhvlərini anlayır və daha sonra özləri Azərbaycanın ayağına gəlirlər".

Azərbaycana qarşı təzyiqlərin arxasında nə dayanır?

22 Sentyabr 2016 13:13

Azərbaycan yenə də Qərbin, Avropanın sözdə demokrat, əməldə isə demokratik dəyərlərdən tamamilə uzaq, fəaliyyətləri yalnız qərəz, şər-böhtan üzərınidə qurulmuş məlum şəbəkəsinin hədəfinə çevrilib.

Azərbaycan vətəndaşları siyasi islahatlara “HƏ” deyəcək”

22 Sentyabr 2016 13:13

Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi sentyabrın 26-da Azərbaycanda konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi-referendum keçiriləcək. Müəyyən beynəlxalq təşkilatların, antiAzərbaycan şəbəkənin, onların daxildəki əlaltılarının prosesə mane olmaq, bu islahatlar barədə mənfi rəy yaratmaq cəhdlərinə baxmayaraq referendum öncəsi ölkə vətəndaşları ilə keçirilən görüşlər onu deməyə əsas verir ki, cəmiyyətin mütləq əksəriyyəti bu dəyişiklikləri dəstəkləyir. Çünki konstitusiya dəyişiklikləri dövlətçilik maraqlarına, xalqın mənafelərinə xidmət edir. Ötən illərdə Azərbaycan hakimiyyətinin xalqın maraqlarının təmin olunması, onun sosial rifahının yaxşılaşdırılması istiqamətində atmış olduğu addımlar xalqla hakimiyyətin vəhdəti, birliyini təmin etdiyi üçün, ölkə ictimaiyyəti Prezidentin bu təşəbbüsünü də təqdir edir.

Avropa təşkilatları Azərbaycan prezidentinin çıxışından nəticə çıxarmalıdır

22 Sentyabr 2016 13:07

Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti və Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərimli ilə görüşü zamanı səsləndirdiyi fikirlər əslində beynəlxalq aləmə bir mesaj kimi qəbul olunmalıdır.

Türkiyə daim Azərbaycanı dəstəkləyib

22 Sentyabr 2016 13:02

Türkiyə daim Azərbaycanı dəstəkləyib və həmişə onun yanında olacaq. Trend bildirir ki, bunu jurnalistlərə Azərbaycanda diplomatik missiyasını başa vuran səfir İsmayıl Alper Coşqun deyib.

FETÖ gizlədilir – O Pensilvaniyada yoxdur!

22 Sentyabr 2016 12:56

15 iyul hərbi çevrilişinin təşkilatçısı olan Fətullah Gülən uzun illər yaşadığı Birləşmiş Ştatların Pensilvaniya əyalətindən yoxa çıxıb. “OLAYLAR”a daxil olan məlumata görə, Birləşmiş Ştatlar hökuməti Fətullah Gülənin həyatının təhlükədə olduğunu əsas gətirərək onu gizlədib. İddiaya görə, Vaşinqton Fətullah Gülənə qarşı terror aksiyası həyata keçiriləcəyindən ehtiyatlanır.

Qazaxıstan Prezidentinin Azərbaycana səfər tarixi məlum oldu

22 Sentyabr 2016 12:52

Qazaxıstan Prezidentinin Azərbaycana səfər tarixi məlum olub.

Məzahir Pənahov: Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

22 Sentyabr 2016 12:49

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Boliviya prezidentindən BMT-də qalmaqallı çıxış  “ABŞ riyakardır!”

22 Sentyabr 2016 12:45

Boliviya prezudenti Evo Morales ABŞ-ın Suriyanın Dəyr-əz-Zor yaşayış məntəqəsində sərgilədiyi hərbi mövqeyini sərt şəkildə tənqid edib. O, amerikalıları riyakar adlandıraraq deyib ki, ABŞ Rusiya ilə razılaşma əldə etdikdən sonra Suriya hərbçilərinə havadan zərbə endirib və bununla razılaşmanı pozub. SİA xəbər verir ki, bu barədə Suriyanın rəsmi sana.sy agentliyi yazır.