Siyasət
Pambıq istehsalçılarına pul veriləcək
Prezident İlham Əliyev Azərbaycanda pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.
Prezident fəxri adlar verdi
Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
"BMT-nin Azərbaycana məsələhət verməyə mənəvi haqqı yoxdur"
BMT biabrçı bir təşkilatdır və onun heç bir mənəvi haqqı yoxdur ki, Azərbaycanla bağlı hər hansı bir tövsiyə və ya məsləhət xarakterli fikir səsləndirsin.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı və Vəliəhdini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının KralıSalman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
Elçin Mirzəbəyli: “Venesiya Komissiyasının rəyi qərəzlidir”
“Venesiya Komissiyasının tələm-tələsik, heç bir əsas olmadan və birtərəfli qaydada rəy açıqlaması bu qurumun fəaliyyət prinsiplərinə qətiyyən uyğun deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsi müzakirə edilib
Azərbaycanın baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2017-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2017-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Uorlik: “Münaqişənin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyirik”
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələlər üzrə tərəqqi əldə olunmasını səbirsizliklə gözləyir”.
TÜRKPA referendumu müşahidə edəcək
Azərbaycan Respublikasının Milli Məclisinin dəvəti ilə TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 26 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklər edilməsi ilə bağlı referendumun qısamüddətli monitorinqini həyata keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, missiya Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament üzvləri, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarətdir. Səsvermə günü missiya üzvləri bir neçə səsvermə məntəqəsində müşahidə aparacaq.
Radikallar üçün dövlətçilik anlayışı yoxdur
Ümumxalq səsverməsinin tarixi yaxınlaşdıqca ölkədə siyasi aktivlik bir qədər də artır. Keçirilən görüşlərdə əhalinin ümumxalq səsverməsi, konstitusiya islahatlarına yüksək dəstəyi nümayiş olunsa da, lakin bəzi daxili qüvvələr və onların xaricdəki havadarlarını bu situasiya qane etmir.
Referendum günü məhkumlar da səs verəcək
Bu il təxminən 20000-ə yaxın məhkum və həbs olunmuş şəxs öz səsvermə hüququndan istifadə edə biləcək. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov deyib ki, Azərbaycanda müxtəlif illərdə keçirilən ümumxalq səsvermələrində məhkum və həbs olunmuş şəxslər də, azadlıqda olan insanlar kimi bu hüquqlarından istifadə ediblər: “Əvvəlki illərdə olduğu kimi bu ildə həbs edilmiş və məhkum edilmiş şəxslər Konstitusiyaya, seçki qanunvericiliyinə uyğun şəkildə səsvermə hüququndan istifadə edəcəklər.
Elmar Məmmədyarov Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Müxalifətin mitinq şousu nəyə xidmət edir?
Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər.
Mingəçevir Sənaye Parkı ölkə iqtisadioyyatına töhfəsini verəcək
Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısı görülən işləri əks etdirən stendlərə baxıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verib.
Siyavuş Novruzov: Venesiya Komissiyasının rəyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir
Venesiya Komissiyasının rəyi Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Bunu açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
“Qarşıda bizi güclü silahlı toqquşma gözləyir”
Musavat.com bildirir ki, himayədarlarının dəstəyi ilə Azərbaycan ərazilərini 25 ildən artıqdır işğal altında saxlayan oyuncaq Ermənistan dövləti özünün "müstəqilliyinin" ildönümünü hərbi paradla qeyd edib. Sentyabrın 21-də İrəvanın Azadlıq meydanında təşkil olunan paradda bir sıra silahlar, o cümlədən "İskəndər" operativ-taktiki raket kompleksi, "Toçka U" və "Elbrus" (R-17 ballistik raketləri ilə) taktiki raket kompleksləri, həmçinin bəzi hərbi texnika növləri nümayiş etdirilib.














