FETÖ gizlədilir – O Pensilvaniyada yoxdur!

15 iyul hərbi çevrilişinin təşkilatçısı olan Fətullah Gülən uzun illər yaşadığı Birləşmiş Ştatların Pensilvaniya əyalətindən yoxa çıxıb. “OLAYLAR”a daxil olan məlumata görə, Birləşmiş Ştatlar hökuməti Fətullah Gülənin həyatının təhlükədə olduğunu əsas gətirərək onu gizlədib. İddiaya görə, Vaşinqton Fətullah Gülənə qarşı terror aksiyası həyata keçiriləcəyindən ehtiyatlanır.

15 iyul hərbi çevrilişinin təşkilatçısı olan Fətullah Gülən uzun illər yaşadığı Birləşmiş Ştatların Pensilvaniya əyalətindən yoxa çıxıb. "OLAYLAR"a daxil olan məlumata görə, Birləşmiş Ştatlar hökuməti Fətullah Gülənin həyatının təhlükədə olduğunu əsas gətirərək onu gizlədib. İddiaya görə, Vaşinqton Fətullah Gülənə qarşı terror aksiyası həyata keçiriləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, məlum hərbi çevriliş cəhdindən sonra Ankara rəsmi şəkildə Birləşmiş Ştatlara müraciət edərək Pensilvaniyada özünə sığınacaq tapmış Fətullah Gülənin Türkiyəyə verilməsini tələb etsə də, hələlik Vaşinqton Ankaranın bu istəyini reallaşdırmağa maraqlı görünmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31