Siyasət

Azərbaycan prezidenti “Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklikləri təsdiqləyib

30 Sentyabr 2016 18:56

Azərbaycan prezidentiİlham Əliyev 2012-ci il 4 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan RespublikasınınDövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb

30 Sentyabr 2016 18:39

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb.

Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə təbrik məktubu göndərib

30 Sentyabr 2016 18:35

Azərbaycan prezidentiİlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu göndərib.

Səfir: “Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi edə bilər”

30 Sentyabr 2016 18:33

"Fransa və Azərbaycan arasında yüksək səviyyəli görüşlər daimi əsasda keçirilir". APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Aurelio Buşez deyib.

Kamal Abdulla: “Bakı Forumunun iştirakçı ölkələrinin sırası genişləndiriləcək”

30 Sentyabr 2016 18:32

V Bakı Humanitar Forumu çərçivəsində “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu” mövzusunda tədbir keçirilib.

Azərbaycan XİN rəhbəri İranın yeni səfirini qəbul edib

30 Sentyabr 2016 18:31

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadəni qəbul edib.

Gürcüstan prezidenti: “Roma Papasının səfəri regionda təhlükəsizliyi təmin etmək üçün mesajdır”

30 Sentyabr 2016 18:03

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Roma Papası ilə Fransisklə görüşüb.

Milli Məclis Avropa Parlamenti ilə əlaqələri bərpa etdi

30 Sentyabr 2016 17:47

Milli Məclisin keçirilən iclasında “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. Məlumata görə, Məlumata görə, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun təqdim etdiyi layihədə bildirilir ki, Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanlarda yeni vəzifələr yaradılır 

30 Sentyabr 2016 17:30

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb. Bununla bağlı Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə əlavələr müzakirə edilib. Əlavəyə görə, maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir.

Deputat: “Sürücülərin işinə ciddi nəzarət olunmalıdır”

30 Sentyabr 2016 17:23

“D və E kateqoriyalı sürücülərin ən azı 3 il təcrübəsi olmaldır. Qanunda da bu yaş həddi 23 olaraq göstərilib. Biz bu yaşdan 3 il təcrübəni də çıxsaq belə çıxır ki, sürücü 17-18 yaşından işləməyə başlamaldır.