Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə təbrik məktubu göndərib

Azərbaycan prezidentiİlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu göndərib.

Azərbaycan prezidentiİlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu göndərib.

Məlumata görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Mən Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət verirəm. Dostluq əlaqələrimizin gündən-günə genişlənməsi, ikitərəfli əməkdaşlığımızın bütün sahələrdə dinamik inkişafı məmnunluq doğurur. Birgə səylərimizlə uğurla həyata keçirdiyimiz Şərq-Qərb nəqliyyat dəhlizi layihəsi isə münasibətlərimizə xüsusi xarakter verir.

İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, qarşılıqlı faydalı əməkdaşlığın və mədəni mübadilələrin möhkəmləndirilməsi və genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31