Siyasət
Səfir: "Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik"
"KİV-lər demokratiyanın onurğa sütunudur". SİA-nın xəbərinə görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Fanani Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında çıxışı zamanı deyib. O bildirib ki, bu gün dünyada İslamla bağlı mənfi səpkidə fikirlər səsləndirilir: "Xüsusən də Qərb ölkələri İndoneziyaya baxanda İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük. Bu gün İndoneziya dünyanın 20 ən nəhəng ölkəsi sırasındadır, Çin və Hindistandan sonra ən sürətli inkişafa malik ölkədir. Yaxın vaxtlarda İndoneziya Böyük Britaniya və Kanadanı ümumdaxili məhsulun həcminə görə keçəcək".
Vüsalə Mahirqızı: “İnformasiya mübadiləsi transmilli medianın manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynaya bilər”
İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında qurumun sədri Fazil Abbasov məruzə ilə çıxış edib.
Latviya seyminin sədri: “Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri bərpa etməsi müsbət haldır”
“Şox şadam ki, səfərim ərəfəsində Azərbaycan Avropa Parlamenti ilə münasibətləri yenidən qurur. Bu, olduqca müsbət haldır”.
Səməd Seyidov: Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə, təzyiqlər də bir o qədər çox olacaq
"Azərbaycanın siyasəti nə qədər çox müstəqildirsə və xalqımızın maraqlarını əks etdirirsə, ölkəmizə qarşı təzyiqlər də bir o qədər çox olacaq. Biz buna hazır olmalıyıq".
“Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçirilib
“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlim ABŞ-ın nüfuzlu University of Marylandın məzunu, “PreMark” PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb. Təlim öncəsi APRA-nın həmtəsisçisi və “Baku School of PR” şirkətinin rəhbəri, Veysəloğlu şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov təlim iştirakçılarına uğurlar arzulayaraq, onların nəzərinə ölkədə İctimaiyyətlə əlaqələr (Public Relations) sahəsinin inkişafı istiqamətində öz töhvəsini verəcək bu kimi təlimlərin mütamadi olaraq keçiriləcəyini və gələcəkdə bu kimi təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb ediləcəyini bildirib.
Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
Oktyabrın 3-dən 7-dək Makedoniyanın Kavadarci şəhərində Əməliyyat İmkanları Konsepsiyası qiymətləndiriciləri kursu keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Davud Çərmi: "Müsəlman ölkələrinin ərazilərinin işğal edilməsinə son qoyulmalıdır"
"İran Assosiasiyanın yaradılmasını dəstəkləyir. İnanıram ki, bu Assosiasiya İslam aləmini dünyada düzgün təmsil edəcək, islamafobiyanın qarşısının alınmasına xidmət edəcək". SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransında çıxış edərkən deyib.
Əli Həsənov: "İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə ilk dəfə Azərbaycan çıxış edib"
"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 2014-cü il dekabrın 3-də Tehranda keçirilən toplantısında ilk dəfə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Həmin konfransda mən bu təşəbbüsü səsləndirdim".
Mübariz Əhmədoğlu: “Roma Papasının səfəri müsbət dəyərləndirilməlidir”
“Hesab edirəm ki, son onillikdə Roma Papası Fransiskinin Azərbaycana səfəri ən vacibi idi. Bu səfər zamanı heç bir müqavilə imzalanmadı və imzalanmamalı idi. Amma bütünlükdə bu mühüm xarici səfərin böyük strateji əhəmiyyəti vardı”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Elman Məmmədov: “Azərbaycan dünyaya bir simvoldur”
“Bu gün dünya Azərbaycanı artıq çoxdandır ki, ən müsbət istiqamətdə, inkişaf etmiş demokratik bir dövlət kimi tanıyır və qəbul edir. Ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu da növbəti uğur idi”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Azərbaycan prezidenti Latviya Seyminin sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Seyminin sədri xanım İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əli Həsənov: “Müsəlman ölkələrinin vahid internet resurslarının yaradılmasına ciddi ehtiyac var”
"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ki, ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüs reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik”.














